İnsan alverinə qarşı mübarizə: Olimpiya çempionu saxlanıldı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sərbəst güləş üzrə Olimpiya çempionu, amerikalı Kayl Snayder insan alverinə qarşı mübarizə əməliyyatı zamanı saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Post" məlumat yayıb .
O, ittihamda adı hallanan 16 nəfərdən biridir.
Əməliyyat Kolumbusda keçirilib. İdmançı əxlaqsızlığı təbliğ edən onlayn reklam platformasında qeyd olunan nömrəyə zəng edərək görüş təyin edib. Bu hadisədən sonra o saxlanılıb, lakin daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Kayl Snayderin 29 yaşı var. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən olimpiadada qızıl, Tokio-2020-də isə gümüş medal qazanıb. Snayderin hesabında dünya çempionatının üç qızıl medalı da var.
Baxış sayı:127
Bu xəbər 13 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















