Ombudsman seçimi başladı
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
"Yeni Sabah" xəbər verir ki, parlamentin müzakirəsinə Prezident İlham Əliyev tərəfindən ombudsman vəzifəsi üçün Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi təqdim edilib.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Qanunvericiliyə görə, müvəkkilin səlahiyyət müddətinin bitməsinə 30 gün qalmış ölkə başçısı parlamentə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir, Milli Məclis isə 15 gün müddətində seçkilərlə bağlı müvafiq qərar qəbul edir. Qanunda, həmçinin eyni şəxsin müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməyəcəyi hüquqi norma kimi təsbit olunub. pizza sifarişi
Baxış sayı:38
Bu xəbər 03 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















