Icma.az
close
up
RU
Ombudsman “Sənin məlumatın, sənin hüququn” kampaniyasında Azərbaycanı təmsil edib

Ombudsman “Sənin məlumatın, sənin hüququn” kampaniyasında Azərbaycanı təmsil edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

Məlum olduğu kimi, 2015-ci il noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan edib və 2025-ci ildə bütün dünyada bu əlamətdar günün elan olunmasının 10 illiyi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Qeyd edək ki, Ombudsman təsisatı İnformasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan, ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (ICIC) 2023-cü ildən tamhüquqlu üzvüdür.

Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü ərəfəsində ICIC-nin, Şəffaflıq və İnformasiyaya Giriş Şəbəkəsinin (RTA) Gender və Həssas Qrupları üzrə İşçi Qrupunun və Buenos-Ayresdən olan həmkarlarımızın dəvəti ilə müvəkkili Səbinə Əliyeva bütün ölkələri bir araya gətirən və mühüm çağırışlara yönəlmiş “Sənin məlumatın, sənin hüququn” (Tu Info, Tu Derecho) kampaniyasında iştirak edib. Bununla da, bütün dünyada informasiya əldə etmək hüququnun əhəmiyyətinin vurğulanmasında, təşviqində, məlumatlılığın artırılmasında və məlumat əldə etmək hüququnun müdafiəsinin gücləndirilməsində dəstək olub. Bu kampaniya çərçivəsində Azərbaycan ombudsmanın da yer aldığı foto-kollaj İber-Amerika ölkələrinin bir çox sosial media platformalarında yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri