Icma.az
close
up
RU
Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair MÜRACİƏTİ

Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair MÜRACİƏTİ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər ciddi narahatlıq doğurur. Hazırkı dövrdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr yalnız texnoloji məsələ deyil, insan hüquqları müstəvisində qiymətləndirilməli olan ciddi problemə çevrilmişdir.

Aparılan müşahidələr, mediada yayımlanan materiallar və mütəxəssis rəyləri göstərir ki, sözügedən platformada uşaqlar texniki risklərlə üzləşməklə yanaşı, həm də psixoloji manipulyasiya hallarının birbaşa təsiri altına düşürlər. Xüsusilə bullinq (təzyiq, təhqir və sosial təcridetmə), qruminq (uşaqların etibarının mərhələli şəkildə qazanılaraq manipulyasiya edilməsi), emosional istismar, qorxu və asılılıq yaratmağa yönəlmiş davranışlar geniş yayılmış təhlükəli tendensiyalardandır. Bu cür psixoloji manipulyasiya formaları uşaqlarda özünəinamın zəifləməsinə, stress, təşviş, qorxu, davranış pozuntuları və uzunmüddətli psixoloji travmalara səbəb ola bilir ki, bu da uşaq hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.

Qeyd edilməlidir ki, bu məsələ yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda da ciddi problem kimi qiymətləndirilmişdir. Məhz müvafiq təhlükələr səbəbindən bir sıra dövlətlər, o cümlədən Çin, Rusiya, Türkiyə, İordaniya, Qətər, Oman, İraqvə digər ölkələr tərəfindən “Roblox” platforması qadağan edilmiş və ya məhdudlaşdırılmış, platformada uşaqlar üçün uyğun olmayan kontent və qarşılıqlı ünsiyyət formalarının mövcudluğu, yetkinlik yaşına çatmayanlar arasında yolverilməz və ekstremist məzmunlu materialların yayılması, eləcə də uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsas kimi göstərilmişdir.

Beləliklə, uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv moderasiya mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar və maliyyə manipulyasiyası riskləri uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır və dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və digər qeyd olunmuş prinsiplər uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri kimi təsbit edilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti dövlət orqanlarını uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə çağırıram.

Eyni zamanda, valideynlərə (onları əvəz edən şəxslər) müraciət edərək bildirirəm ki, uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşılması, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi, uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi zəruridir.

Bununla yanaşı, media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi olduqca vacibdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin əhəmiyyətini bir daha vurğulayaraq, aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını bu istiqamətdə zəruri tədbirlər görməklə uşaq hüquqlarının daha etibarlı müdafiəsinə birgə nail olmağa çağırıram.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Yanvar 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri