Ömər Çelik: Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqlinin ölkənin dağılmış infrastrukturunun və sosial həyatının bərpasında həlledici əhəmiyyət daşıdığını bildirib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransı zamanı danışıb.
Çelik vurğulayıb ki, Türkiyə regionda enerji diplomatiyasının mərkəzinə çevrilir və Azərbaycan qazının Suriyaya çatdırılması bu istiqamətdə strateji addımdır. Bu layihə təkcə Suriyanın enerji ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də regionda iqtisadi və sosial sabitliyin bərpasına töhfə verəcək.
"Azərbaycanın enerji resurslarının regiona inteqrasiyası yalnız iqtisadi deyil, həm də siyasi və sosial baxımdan uzunmüddətli sülh prosesini dəstəkləyən amildir", - AKP sözçüsü bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















