Icma.az
close
up
RU
Ömrü uzatmağın 4 QIZIL QAYDASI

Ömrü uzatmağın 4 QIZIL QAYDASI

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Alimlər hər il qocalma prosesi ilə bağlı yeni genlər kəşf edirlər.

Ölkə.az bildirir ki, tədqiqatlar sübut edib ki, insan ömrünün uzanması təkcə genetika ilə bağlı deyil. Düzgün qidalanma və həyat tərzi də buna təsir edən faktorlardandır.

1. Az ye, çox yaşa

30 il əvvəl ABŞ-da alimlərdən ibarət iki qrup bir sıra tədqiqatlara start verdilər. İyirmi il davam edən müşahidə öz nəticəsini verdi. Az kalorili pəhrizdə oturan meymun digər qrupa nisbətən daha uzun müddət yaşadı. İkinci qrupdakı meymunlar isə şəkər, xərçəng və ürək-damar sistemi xəstəliklərindən dünyasını dəyişdi. Alimlər qrupu birlikdə işləmək qərarına gəldilər. Yeni tədqiqat zamanı məlum oldu ki, orta yaş dövründə aşağı kalorili pəhrizə oturan meymunlar daha uzun müddət yaşayıb. Tədqiqatçılar düşünürlər ki, nəticələri insana da tətbiq etmək mümkündür.

2. Müalicəvi aclıq

Harvardlı alimlər müntəzəm olaraq ac qalmağı məsləhət görürlər. Bu yaxınlarda aparılan tədqiqatın nəticələrinə əsasən, müvəqqəti olaraq qidadan imtina etmək hüceyrələrdə enerji mübadiləsi prosesini yaxşılaşdırır. Başqa sözlə, müntəzəm olaraq ac qalmaq qocalma prosesini yavaşladır.

3. 150 dəqiqə idman

Uzunömürlü olmaq üçün aktiv həyat tərzi sürmək, daha çox piyada gəzmək lazımdır. Bu nəticəyə isə Kanadanın Makmaster universitetinin alimləri gəliblər. Alimlər uzun müddət 17 ölkənin 130 min sakinini müşahidə ediblər. 7 il sonra məlum olub ki, gündə yarım saat fiziki hərəkət edənlər ürək-damar sistemi xəstəliklərindən 20%, erkən ölümdən isə 28% daha az əziyyət çəkiblər.

Həftədə 750 dəqiqə idmanla məşğul olanlarda isə bu nəticə daha yaxşı, yəni 36% təşkil edib.

4. Elm həyatdır

2017-ci ildə britaniyalı bioloqlar müəyyən ediblər ki, insan ömrü genetik və sosial faktorlardan asılıdır.

Alimlərin əlində Avropanın müxtəlif ölkələrindən olan 600 min insanın genomları haqqında böyük məlumat olub. Dəqiq analizlər zamanı məlum oldu ki, sağlamlığa ziyan vuran bütün zərərli vərdişlər təkcə DNA ilə müəyyən edilmir.

Məlum olub ki, təhsil səviyyəsi insanın ömrünün uzun olmasına kifayət qədər güclü təsir edir. Məktəb və universitetdə hər təhsil ili insan ömrünə əlavə 11 ay qazandırır. Alimlər deyir ki, ali təhsil insanlara düzgün qidalanma və pis vərdişlərdən asılı olmamağa kömək edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri