Icma.az
close
up
RU
ÖMRÜN KAMİLLİK ZİRVƏSİNDƏ

ÖMRÜN KAMİLLİK ZİRVƏSİNDƏ

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Filologiya elmləri doktoru, professor,  Prezident təqaüdçüsü, Əməkdar müəllim,  Azərbaycan dilçilik elminə beynəlxalq miqyasda böyük nüfuz qazandıran,  ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunur.  C.Cəfərov “Nitq hissələrində keçid prosesləri” (1983), “Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri” (2000)”, “Nitq hissələrində keçid prosesləri və konversiya” (2009), “Müasir Azərbaycan  dili” monoqrafiyalarının və “Müasir Azərbaycan dilinin morfologiyası”, “Linqivistik  təhlil nümunələri” kimi bir sıra dərsliklərin müəllifidir. Bu əsərlərdə Azərbaycan dilçiliyində ən aktual məsələlər, mürəkkəb və mübahisəli problemlər,  anlayışlar sisteminin kateqorial əlamətlərinin elmi əsasları müəyyənləşdirilmişdir.  Onun əsərlərində müasir Azərbaycan ədəbi dilində leksikologiya, semasiologiya, morfologiya, derivatologiya və başqa sahələrlə bağlı nəzəri fikirləri elmi əhəmiyyəti ilə seçilir.

Cəfər Cəfərov 1931-ci ildə  Ermənistan SSR-in Əştərək rayonunun Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbindən 40 km məsafədə yerləşən Hamamlı balaca bir kənd olsa da, ziyalıları ilə tanınırdı.

Professor Cəfər Cəfərovun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini morfologiyanın aktual  məsələlərinin tədqiqi təşkil edir. Dilçilikdə qrammatik kateqoriya kimi Müasir Azərbaycan ədəbi dilində inkarlıq və onun ifadə vasitələri C.Cəfərov tərəfindən  sistemli şəkildə  tədqiq edilmişdir. Bu tədqiqatda inkarlıq  anlayışı,  onun xüsusiyyətləri və məntiqi inkarlıq  ilə qrammatik inkarlıq kateqoriyasının əlamətləri müəyyənləşdirilir. İnkarlıq anlayışının təfəkkürə, dilə, məntiqə və qrammatikaya aid olan  münasibətlərindən bəhs edilir. 1965-ci ildə nami-zədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1969-cu ildə isə APİ-də Azərbaycan dilçiliyi kafedrasının dosent vəzifəsinə seçilmişdir.

1973-cü ilin sentyabrında doktorluq dissertasiyasını tamamlamaq üçün 2 illik doktoranturaya göndərilmiş, 1976-cı ildə doktoranturanı tamamlayaraq yenidən müəllimlik etmişdir.

C.Cəfərov 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək filo-logiya elmləri doktoru alimlik dərəcəsini almış və 1993-cü ildə Müasir Azərbaycan dili kafedrasına professor vəzifəsinə seçilmişdir. Professor C.Cəfərovun elmi əsərlərində Azərbaycan dilçiliyində morfologiyanın bir sıra mühüm problemləri öz həllini tapmışdır. Xüsusilə, Azərbaycan dilinin morfologiyasında   mühüm elmi əhəmiyyətə malik olan aktual məsələlərdən biri olan  nitq hissələri, onlar  arasında  qarşılıqlı qanunauyğunluqlar linqvistik aspektdə  ilk dəfə professor Cəfər Cəfərovun tədqiqatlarında araşdırılmışdır. Nitq hissələri ilə bağlı  faktların dərindən təhlil edilməsi,  onların məntiqi cəhətdən  ümumiləşdirilməsi  dilçilikdə yeni elmi konsepsiyanın formalaşmasına səbəb olmuşdur. Feilin məna növlərinin lüğətdə verilməsi, inkarlığın ifadə vasitələri,  tərkibində say olan mürəkkəb söz və birləşmələr, nitq hissələri və onların spesifik xüsusiyyətləri anlayışları və onunla bağlı mübahisəli problemlər həll olunmuşdur. Bununla yanaşı, qrammatika və qrammatik quruluş, analitik və sintaktik yolla yaranan sözlər, sözün qrammatik formalarının yaranması, qrammatik mənaların ifadə formaları, nitq hissələrinin təsnifi prinsipləri, sözdüzəldici və forma düzəldici şəkilçilərin təsnifində linqvistik meyarlar ilk dəfə  alimin tədqiqatlarında müəyyənləşdirilmişdir.

Nitq hissələrində keçid prosesi və konversiya yeni metodoloji prinsip əsasında C.Cəfərovun yaradıcılığında araşdırılmış və Azərbaycan dilçiliyində bu sahə ilə bağlı elmi konsepsiyanın yaradılması alimin adı ilə bağlıdır. Onun doktorluq dissertasiyasında eləcə də nitq hissələrində keçid prosesi və konversiya adlı  fundamental monoqrafiyasında mühüm nəzəri məsələlər öz həllini tapmışdır.  Azərbaycan dilində nitq hissələrində keçid prosesləri və dilin daxili inkişaf qanununa uyğun olaraq baş verən proseslər, leksik, morfoloji, sintaktik və semantik sistemlər arasındakı əlaqə, onların  bir-birinə qarşılıqlı təsiri, o cümlədən də diaxronik və sinxronik inkişaf xüsusiyyətləri zəngin dil faktları ilə təhlil edilmişdir. 

Cəfər müəllim böyük həyat yolu keçmiş, elmdə yüksək nailiyyətlərə nail olmuşdur. Əştərək rayonunun Hamamlı kəndi, onun təbiəti, bu qədim oğuz yurdu olan kənddən əsrlərdən-əsrlərə yadigar qalan qədim mədəniyyət abidələri, adət-ənənələr Cəfər müəllimin yaddaşında dərin kök salmışdır. O, illərlə yaddaşında saxladığı, qürur duyduğu, fəxr etdiyi el-obasını əbədiləşdirmək, tarixin yaddaşına yazmaq məqsədilə bu yerlərin onomastik vahidləri haqqında “Qərbi Azərbaycanın Əştərək rayonunun bəzi onomastik vahidlərinin tarixi-linqvistik təhlili”, “Hamamlı kəndi ilə bağlı etnonim və şəxs adları”, “Hamamlı şivəsinə aid lüğət” “Hamamlı şi-vəsinin leksikası” adlı əsərlərini yazaraq Əştərək rayonu və Hamamlı kəndinin adlarını təhlil etmiş, onları əbədiləşdirmişdir. O, 1971-ci ildə yazdığı “Hamamlı kənd şivəsinin leksikasına dair” əsərində İrəvandan 40 km şimali-qərbdə yerləşən doğma kəndinin və onun əhatəsində olan Cadqıran, Qaracörən, Qarabulaq, Kirəşdi, Saçlı, Sərinsəvəng, İlançalan və s. kimi yüzlərlə kəndin türk mənşəli olması və onların əksəriyyətinin adlarının 1971-ci ilə kimi dəyişdirildiyi barədə ürək yanğısı ilə yazır. Bu da Cəfər müəllimin əsl vətəndaşlıq mövqeyidir.

C.Cəfərov Müasir Azərbaycan dili fənninin müxtəlif şöbələrinə - leksikologiya və morfologiyaya aid bir sıra əsərlərin müəllifidir. C.Cəfərovun dialektologiya, həmçinin onomastika, nitq mədəniyyətinə aid də bir sıra fundamental əsərləri çap edilmişdir. Onun “Substantivləşmə yolu ilə ono-mastik vahidlərin əmələ gəlməsi” (1987), “Substantivləşmə yolu ilə terminoloji vahidlərin əmələ gəlməsi” (1988), “Dilimizdə inkar vasitələrdən istifadə məsələsinə dair” (1986) və s. əsərləri nəşr edilmişdir. Alim dilçiliyin bir sıra sahələrinə aid xeyli sayda öz dəyəri ilə seçilən əsərlərin müəllifidir. C.Cəfərov Azərbaycanın dilçilik elminin müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış, pedaqoji fəaliyyəti ilə yanaşı ana dilimizin çox mühüm elmi problemlərini tədqiq etmişdir. Zəngin və əhatəli  yaradıcılıq erudisiyası ilə fərqlənən C.Cəfərov filologiyamızın müxtəlif nəzəri məsələlərini araşdırmışdır. Bununla yanaşı peşəkar pedaqoq kimi  fəaliyyət göstərdiyi dövrlərdə gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rolu olmuşdur. Onun elmi-pedaqoji fəaliyyəti əslində son dərəcə orijinal bir şəxsiyyətin insani xarakterinin güclü bir komponenti, müəyyən dərəcədə onun təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. İstedadlı bir alim kimi öz məntiqi mühakimələri ilə auditoriyanı ələ ala bilən professional pedaqoq, çoxsaylı və nəzəri problemlərlə zəngin və əhatəli elmi yaradıcılığı, canlı elmi mülahizələri alim, müəllim şəxsiyyətinin təzahürüdür. Alim, ali pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirən və onun nəzəri problemləri istiqamətində  bir sıra dərsliklərin müəllifi kimi  müasir Azərbaycan ədəbi dilinin araşdırılmasında, tədrisində və inkişafında xüsusi xidmət göstərmişdir. Ömrünün 72 ilini Azərbaycan təhsilinə, Azərbaycan dilçiliyinə, ana dilimizin inkişafına həsr etmiş görkəmli alim elmi yaradıcılıqla yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Cəfər Cəfərov dilçilik üzrə təşkil olunmuş müxtəlif konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı məruzələrlə çıxış etmişdir. Onun pedaqoji kadrların, dilçilik elmi üzrə mütəxəssislərin yetişdirilməsində əməyini xüsusi qeyd etmək lazımdır. Professor C.Cəfərov BDU-nun nəzdində filologiya və jurnalistika elmləri doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü, onlarla elmlər namizədinin elmi rəhbəri olmuşdur.

Müəllimlik, bilik və bacarığını  gənc nəslə mənimsətmək onun əqidəsinin əsasını təşkil edirdi. Elmin inkişafında və pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə  2006-cı ildə  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və  2012-ci ildə  “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür. Professor Cəfər Cəfərovun dərin elmi təfəkkürü, pedaqoji ustalığı, yüksək insani keyfiyyətləri və keçirdiyi mənalı ömür yolu onu Azərbaycanın dilçi korifeyləri səviyyəsinə yüksəltmişdir. Filologiyamızın inkişafında mühüm xidmətləri olan  fədakar elm xadimi, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru,  professor Cəfər Cəfərovu 95 illik yubileyi münasibəti ilə   təbrik edir və  böyük uğurlar arzu edirik.

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər Kabineti

yanında Terminologiya Komissiyasının sədr

müavini, filologiya elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see258

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

18 May 2026 17:47see225

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

18 May 2026 17:30see213

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see211

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see206

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see201

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see197

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see196

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see192

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see177

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see174

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see173

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see172

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see171

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see171

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see170

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see170

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see170

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see163

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri