Icma.az
close
up
RU
Ağdamın yeni tarixi: Zəfər, quruculuq və qayıdış

Ağdamın yeni tarixi: Zəfər, quruculuq və qayıdış

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ölkəmizin zəngin dövlətçilik tarixində xüsusi yeri olan Ağdam şəhəri xalqımızın tarixi yaddaşını, milli iradəsini və Qarabağa bağlılığını özündə yaşadan mühüm məkanlardan biridir. Bu şəhərin taleyi işğalın ağır nəticələrini, Vətən müharibəsində qazanılmış tarixi Zəfəri və azad edilmiş torpaqlarda həyata keçirilən misilsiz quruculuq işlərini əks etdirir.

20 Noyabr - Ağdam şəhəri günü yalnız işğala son qoyulmasının ildönümü deyil, həm də tarixi ədalətin bərpasının, milli birliyin və doğma yurda qayıdışın rəmzidir. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və dövlətçilik iradəsinin təntənəsi kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
“Ağdam” toponiminin mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir izaha görə, qədim türk dilində “kiçik qala” mənasını ifadə edən bu ad digər yanaşmada Qarabağ xanı Pənahəli xanın tikdirdiyi ağ daşdan imarətlə əlaqələndirilir. 1930-cu ildə rayon statusu almış Ağdam tarixən Qarabağın mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur.
Bölgə qədim tarixi və zəngin arxeoloji irsi ilə də seçilir. Xüsusilə Üzərliktəpə abidəsində aparılan tədqiqatlar Qarabağda qədim yaşayış, əkinçilik və sənətkarlıq mədəniyyətinin inkişafını təsdiqləyir. İmarət kompleksi, məscidlər, türbələr və digər tarixi abidələr Ağdamın milli-mədəni irsimizdəki əhəmiyyətini nümayiş etdirir.
Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1993-cü il iyulun 23-də Ağdam rayonunun böyük hissəsi işğal edildi. Nəticədə yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhərin yaşayış və sosial infrastrukturu, tarixi-mədəni abidələri dağıdıldı. Bir vaxtlar inkişaf edən Ağdam xarabalığa çevrilərək “Qafqazın Xirosiması” adını aldı.
Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq hüquqi qiymət verilməsi baxımından BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsi mühüm əhəmiyyət daşıyır. Həmin sənəddə Ağdam və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bununla belə, Ermənistan uzun illər beynəlxalq hüququn tələblərinə məhəl qoymadı, mülki əhalinin fundamental hüquqlarını pozdu, yaşayış məntəqələrini və mədəni irs nümunələrini məhv etdi. İşğal dövründə törədilmiş bu əməllər beynəlxalq humanitar hüququn ciddi pozuntuları kimi qiymətləndirilməlidir.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ağdamın taleyində yeni səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə Ermənistanı kapitulyasiyaya məcbur etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən, noyabrın 20-də Ağdam Azərbaycana qaytarıldı. Beləliklə, 27 ilə yaxın davam edən işğala son qoyuldu və BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsindəki tələb reallaşdı.
Noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağımızın ucaldılması Azərbaycanın suverenliyinin və tarixi ədalətin təntənəsinin rəmzinə çevrildi. Bu hadisə doğma yurdlarından didərgin düşmüş ağdamlıların qayıdışına və şəhərin yenidən qurulmasına yol açdı.
Bu gün Ağdamın bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindəndir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan əsasında müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış, sənaye, sosial və ictimai infrastruktur yaradılır. Məqsəd Ağdamı Qarabağın müasir, dayanıqlı və iqtisadi cəhətdən güclü şəhərlərindən birinə çevirməkdir.
2021-ci ildə yaradılmış 190 hektarlıq Ağdam Sənaye Parkı bölgənin iqtisadi dirçəlişində mühüm rol oynayır. Burada yeni istehsal müəssisələrinin yaradılması investisiyaların cəlbinə, sahibkarlığın və məşğulluğun inkişafına xidmət edir. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətlərinin inşası, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması isə şəhərin nəqliyyat imkanlarını genişləndirir.
Ağdamın tarixi-mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Cümə məscidinin, Qiyaslı kənd məscidinin və İmarət kompleksinin bərpası milli irsimizin qorunmasına, Ağdam Muğam Mərkəzinin yaradılması isə Qarabağın zəngin musiqi ənənələrinin yaşadılmasına xidmət edir. Şahbulaq qalası, Üzərliktəpə və digər tarixi məkanlar əsasında turizm infrastrukturunun inkişafı da bölgənin iqtisadi potensialının genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Ağdamın dirçəlişinin ən mühüm göstəricisi əhalinin doğma torpaqlarına qayıdışıdır. 2025-ci il martın 27-dən şəhərə keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılması Böyük Qayıdış prosesində əlamətdar mərhələ oldu. Yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları və digər sosial obyektlər insanların təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir. Şəhərlə yanaşı, kəndlərdə də bərpa və məskunlaşma işləri davam etdirilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama müntəzəm səfərləri, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bölgənin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir. Həyata keçirilən layihələr Ağdamın iqtisadi, sosial və mədəni həyatının kompleks şəkildə bərpasını təmin edir.
Ağdamın yenidən qurulması insan hüquqlarının bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır. Doğma yurda qayıdış insanların təhlükəsiz yaşamaq, mülkiyyət, təhsil, səhiyyə və məşğulluq hüquqlarının təmin olunması deməkdir. Bu baxımdan Böyük Qayıdış yalnız məskunlaşma deyil, həm də uzun illər pozulmuş hüquqların və sosial həyatın bərpasıdır.
20 Noyabr - Ağdam şəhəri günü işğaldan Zəfərə, dağıntılardan quruculuğa, məcburi köçkünlükdən doğma yurda qayıdışa uzanan tarixi yolun təcəssümüdür. Bu gün Ağdamda ucalan hər bir bina, salınan hər bir yol və doğma evinə qayıdan hər bir ailə Azərbaycanın tarixi Qələbəsinin real nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ağdam öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, Qarabağın müasir inkişaf mərkəzlərindən birinə çevrilir. Ağdam artıq dağıntıların deyil, dirçəlişin, həsrətin deyil, qayıdışın, gələcəyə inamın rəmzidir. Ağdamın dirçəlişi tarixi Zəfərimizin davamı, Böyük Qayıdışın təntənəsi və müstəqil Azərbaycanın güclü dövlətçilik iradəsinin təcəssümüdür.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri