Yusuf Güneyin 10 ilə qədər həbs olunması tələb edilir
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Yusuf Güney iştirak etdiyi verilişlərdən birində Ayahuska çayı barədə səsləndirdiyi fikirlərə görə hakim qarşısına çıxıb.
BAKU.WS xəbər verir ki, "Narkotik və ya psixotrop maddələrin istifadəsinə təşviq etmə" ittihamı ilə 10 ilədək azadlıqdan məhrum edilməsi istənilən ifaçı İstanbul Asliye Cəza Məhkəməsində keçirilən prosesdə cinayət niyyətinin olmadığını bildirib.
Hadisə Güneyin rəqəmsal platformada yayımlanan proqramda Ayahuska çayından danışmasından sonra başlayıb.
İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar nəticəsində müğənni saxlanılıb.
Ekspertiza zamanı çayın tərkibindəki DMT maddəsinin 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddələr siyahısında olduğu müəyyənləşdirilib.
Yusuf Güney xaricdə yaşayan ailədən olduğunu, 19 il ərzində Böyük Britaniya vətəndaşlığını qəbul etmək imkanı olsa da, Türk vətəndaşlığından imtina etmədiyini və ölkəni tərk etmək fikrinin olmadığını vurğulayıb.
Məhkəmə nəzarəti səbəbindən xarici konsertlərinə qatıla bilmədiyini deyən ifaçı Peruda tanıdığı bitki haqqında danışmasının başına problem açdığını qeyd edib.
Güneyin vəkili Feyza Kayadibi isə müdafiə çıxışında müştərisinin həmin bitkini qədim müalicə vasitəsi kimi tanıdığını, onun qadağan edildiyini bilməsinin mümkün olmadığını və təşviq məqsədi daşımadığını əsas gətirib.
Vəkil bəraət hökmünün çıxarılmasını və məhkəmə nəzarəti tədbirinin ləğv edilməsini istəyib.
Dinləmələrin ardından məhkəmə Yusuf Güney barəsində seçilmiş məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına və işin mahiyyəti üzrə rəyin hazırlanması üçün materialların prokurorluğa göndərilməsinə qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Noyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















