Icma.az
close
up
RU
Ömür bir karvan yoludur

Ömür bir karvan yoludur

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Yaxud yazıçı-publisist Şəmistan Nəzirlinin yaradıcılığına qısa nəzər


Tanınmış tədqiqatçı, publisist, yazıçı Şəmistan Nəzirlinin ölümündən sonra onun barəsində yazmaq mənim üçün çox çətindir. Mən  Şəmistan müəllimlə 80-ci illərdən tanışam. İlk tanışlıqdan aramızda isti münasibət yarandı və  sonralar bizim tanışlığımız dostluğa çevrildi.    

Şəmistan müəllim Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan arxivlərində çox araşdırmalar aparıb. O, harda olubsa, ürəyində doğma Azərbaycanımızın portretini gəzdirib, harda olubsa, yalnız Vətənini düşünüb. Elə ən yaxşı uğurlarını da Vətənini, Xalqını düşünəndə qazanıb. Bir təəssübkeş ziyalı kimi  soydaşlarının yaxşı günlərinə sevinib, bəd günlərində kədərlənib.

O, özünü tanıyandan bəri doğma yurdumuzun tarixini, yurdumuzun işıqlı şəxslərinin həyatını araşdırmaqla məşğul olub.  Bir qayda olaraq Vətəninin qədir-qiymətini bilib, elinin-obasının daşını-kəsəyini, adi qanqal özəyini, tozunu-torpağını, hər saralmış yarpağını da əziz tutub. 

Şəmistan müəllim milli-mənəvi dəyərlərimizə sahib çıxaraq dədə-babalarımızdan bizlərə miras qalan xüsusiyyətləri uca tutub, milli mentalitetimizə həmişə hörmətlə yanaşıb. Xalqımızın ruhunu oxşayanlarla şərik olub. Vətənin müsəlləh əsgəri kimi bacardığı işin qulpundan yapışıb.

Şəmistan müəllimin tarixə çevrilən illərini vərəqlədikcə gözümüzün önündə bütün möhtəşəmliyi ilə diqqəti çəkən cəfakeş bir tədqiqatçı ömrü canlanır. Dəftərçəsinə qeyd etdiyi aforizmlərdən biri belədir: “Yaşamaq-mübarizə aparmaq, mübarizə aparmaqsa-yaşamaqdır”.

Məlumat üçün deyim ki, Şəmistan Nəzirli1942-ci ildə anadan olub. Əslən Qazax rayonundandır. ADU-nun Jurnalistika fakültəsində təhsil alıb.  60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edib. Əmək fəaliyyətinə APİ-nin "Gənc leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri, Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri, Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri, Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru vəzifələrində işləmişdir.

Axırıncı iş yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elm Mərkəzi idi. Burada hərb tarixi şöbəsində baş elmi işçi vəzifəsində çalışırdı.

Mən Şəmistan müəllimin tədqiqatlarını həmişə izləmiş və maraqla oxumuşam. Onun təqdiqat əsərlərinin hər biri bütün varlığı ilə xalqına bağlı olan, xalqı ilə nəfəs alan bir yazıçı-publisistin ağır və gərgin əməyi hesabına ərsəyə gəlmişdir.

Görkəmli Azərbaycan şairi Səməd Vurğun ömrünün araşdırıcısıdır. “Vurğun keçib bu yerlərdən”,“Vurğun ömrü”, “Vurğun keçib bu yerlərdən” (təkmilləşdirilmiş nəşr), “Yaddaşlarda yaşayan Vurğun”-müxtəlif illərdə qələmə alınmış bu kitablar xalq şairi Səməd Vurğun irsinin daha mükəmməl öyrənilməsinə həsr edilmişdir.O, Həsən bəy Zərdabi adına mükafata və Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının "Səməd Vurğun fəxri xatirə diplomu"na, 2023-cü ildə Azərbaycan mədəniyyətinin  inkişafında xidmətlərinə görə Azərbayca RespublikasıPrezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Azərbaycanlı sərkərdələrin taleyi onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusunu,  tədqiqatının əsas istiqamətini təşkil edir. Əsrimizin əvvəlində və ondan qabaqkı yüzilliklərdə yaşamış hərbi sərkərdələrimiz haqqında apardığı tədqiqatlar olduqca maraqlı və çox qiymətlidir. 

Adları tarixin qəhrəmanlıq səhifələrinə qızıl hərflərlə yazılan görkəmli sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Yadigarov qardaşları haqqında yazılan kitabları oxuduqca fəxarət hissi keçiririk və heyrətlənməyə bilmirik. Yazçıçının hərbi sərkədələrimiz haqqında yazdığı əsərlərin bir neçəsinin adını sıralayırıq ki, gənc nəsil bu işıqlı general oğullarımızı tanısınlar:.

“Azərbaycan generalları”, “Cümhuriyyət generalları”, “General Cəmşid Naxçıvanski”, “Tam artilleriya generalı Səmədbəy Mehmandarov”, “Topoqraf general İbrahim ağa Vəkilov”, Генерал Алиага Шихлинский. “Из дневников офицера”, “General Əliağa Şıxlinski və silahdaşları” (hərb tarixindən araşdırmalar), “Unudulmuş generallar”, “Üç general-üç tale”,əlbəttə, bunlar Şəmistan Nəzirlinin araşdırdığı Azərbaycan generalları barəsindi yazdığı əsərlərin tam siyahısı deyil.

Xatırladırıq ki, "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına, hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə "General Həzi Aslanov" və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi "General Əliağa Şıxlinski" mükafatlarına layiq görülmüşdür. Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı 1984-cü ildə Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılmışdır.

Qori və Qazax seminariyaları haqqında apardığı araşdırmalar, xalqımızın maarif tarixini özündə yaşadan toz basmış arxiv sənədlərindən gen-bol istifadə etməklə samballı tədqiqat əsəri ortaya çıxaran yazıçı əsl vətəndaşlıq nümunəsi göstərmişdir. (Burada söhbət yazıçı-publisist Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” adlı sənədli povestindən gedir). Azərbaycan ədəbiyyatı tarixinin yaşadan və zənginləşdirən iki nüfuzlu şəxsiyyətin-Firudin bəy Köçərlinin və Mirzə Hüseyn Əfəndi Qayıbovun parlaq simaları arxiv materialları əsasında sənətkarlıqla təqdiqata cəlb olunmuşdur. Bu kitaba qədər hələ çoxları bilmirdi ki, (hələ indi də bilməyənlər var)  1918-ci ildə böyük əziyyətlə, seminariyanı Gürcüstandan Qazağa köçürən Azərbaycan maarifçisi, pedaqoq və metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərli olmuşdur. Hələ çoxları bilmirdi ki, Azərbaycan ədəbiyyatı tarixçiliyi elminin inkişafında müstəsna xidmətləri olan, gənclərimizin savadlanması üçün gecə-gündüz çalışan Firudin bəy Köçərli 1920-ci ilin iyun ayında bolşevik-daşnak qaragürühçuları tərəfindən haqsız yerə güllələnmişdir. Bu və ya digər hadisələri ilk olaraq  yazıçı-publisist Şəmistan Nəzirli arxiv materialları əsasında tədqiq edilmişdir.  

Zaman-zaman, yadelli işğalçıların hücumlarına məruz qalan, tarixin ayrı-ayrı kəsimlərində parçalanan, təklənən bir xalqın nə qədər işıqlı, nə qədər fərasətli övladı olarmış? Bizlərə iftixar duyğusu yaşadan bu nurlu şəxsiyyətləri tədqiqat obyektinə çevirərək xalqımıza çatdıran Şəmistan Nəzirliyə təşəkkür borcumuz var.

Şəmistan Nəzirli 20 sentyabr 2025-ci ildə Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbir zamanı vəfat edib. 21 sentyabr 2025-ci ildə Bakıda Bülbülə kənd qəbiristanlığında dəfn  olunub. Allah rəhmət eləsin!


Eldəniz Həsənov,

Azərbaycan Jurnalistlərvə Yazıçılar Birliyi¬nin üzvü, “Qızıl qələm” və “Ali Media” mükafatı laureatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri