Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Ömür dedikləri bir karvan yolu”

“Ömür dedikləri bir karvan yolu”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu il Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olmuş  görkəmli diplomat, şərqşünas alim, tarix elmləri namizədi Cavanşir Mehdixan oğlu Vəkilovun 75 illik yubileyidir. 2013-cü il avqustun 23-də 62 yaşında dünyasını dəyişən Cavanşir Vəkilov onu tanıyanların yaddaşında Vətənə dərin sevgisi, səmimiliyi, sadəliyi və peşəkarlığı ilə qalıb.

Onun mənsub olduğu Vəkilovlar nəsli Azərbaycanda çox məşhurdur. Bu nəsil xalqımızın tarixinə xalq qəhrəmanı Balo bəy Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü, 23 yaşında daxili işlər naziri işləmiş Mustafa bəy Vəkilov, İstiqlal bəyannaməsinin mətninin müəllifi, AXC parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi İbrahim ağa Vəkilov, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun, onun oğulları - Xalq şairi Vaqif Səmədoğlu, Xalq yazıçısı Yusif Səmədoğlu, görkəmli dövlət xadimi, tarixçi alim, pedaqoq Mehdixan Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, ilk uşaq evinin yaradıcısı Badisəba Vəkilova-Köçərli, ilk qadın kimya elmləri doktoru Fatma Vəkilova, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə Vəkilova-Qiyasbəyli və başqa şəxsləri bəxş etmişdir. Cavanşir Vəkilov da şöhrətli şəcərənin layiqli üzvü olub.

Səməd Vurğunun yaradıcılığında Güney Azərbaycanı və Təbriz mövzusu xüsusi yer tutub. Onun “Vətən həsrəti”, “Təbriz gözəlinə”, “Yandırılan kitablar”, “Körpünün həsrəti” kimi şeirləri Arazın 2 yerə ayırdığı bütöv Azərbaycanın taleyi barədədir.

Gözüm körpüdədir... Dayanmış qatar,
Elə bil o qəsdən saxlayır bizi.
Körpünü basmışdır yabanı otlar,
Nə cığır görünür, nə ayaq izi...

Əmisinin bu misraları yazmasından təzminən yarım əsr sonra Cavanşir Vəkilov o körpüdən keçib, Tehranda, Təbrizdə məhsuldar diplomatik fəaliyyət göstərib. O, 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil edib və bir müddət orada ilk Baş konsul vəzifəsində çalışıb. Səməd Vurğunun “Bilirəm ürəyin mənə bağlıdır” dediyi cənublu soydaşlarımızla sıx əlaqələrin qurulmasına nail olub.  

Şair əmisinin sayəsində poeziyaya sıx bağlı olan Cavanşir Vəkilov Təbrizə ilk səfərlərində  oradakı Məqbərətülşüaraya - Şairlər məqbərəsinə gedib. Şəhərin  Sorxab məhəlləsindəki bu əbədiyyət məkanında  Əsədi Təbrizi, Xaqani Şirvani,  Şahpur Nişapuri, Qətran Təbrizi, Mani Şirazi, Mücirəddin Beyləqani, Şeyx Məhəmməd Xiyabani, Seyid Məhəmməd Şəhriyarın, ümumiyyətlə, 53 nəfər şair və məşhur xadimin məzarını ziyarət edib. Orada tarixi şəxsiyyətlərin ruhlarına dualar etməklə bərabər, ölməz Səməd Vurğunun misralarını pıçıldayıb:

Bir də görürsən ki, açılan solur, 
Düşünən bir beyin bir torpaq olur. 
Bir yandan boşalır, bir yandan dolur, 
Sirrini verməyir sirdaşa dünya…

Atası Mehdixan Vəkilov görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, 1958-1962-ci illərdə respublika Ali Sovetinin deputatı və sədr müavini, tarix elmləri doktoru   və professor,  Əməkdar elm xadimi olub. Cavanşirin  xalqa şöhrət gətirənlərin ruhuna sonsuz ehtiram  ruhunda böyüməsində atasının müstəsna rolu danılmazdır.

Cavanşir Vəkilov uşaqlıq illərindən vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə alıb. Ziyalı ailəsində dünyaya göz açması onun şəxsiyyətinin formalaşmasına xidmət edib, ailə ocağında toplaşan görkəmli elm və mədəniyyət xadimləri ilə ünsiyyət kiçik yaşlarından dünyagörüşünün zənginləşməsində mühüm rol oynayıb.

Bakıdakı 190 nömrəli orta məktəbi bitirən Cavanşir Vəkilov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsində ali təhsil alıb. Sonra bir neçə il Əfqanıstanda və İranda tərcüməçi işləyib. Elmi fəaliyyətdə ilk addımlarını 1975-ci ildə atası Mehdixan Vəkilovun məsləhəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda işə başlamaqla atıb, daha sonra 1976–1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Azərbaycan ilə İran arasında mədəni əlaqələr mövzusuna həsr olunmuş namizədlik dissertasiyası müdafiə edib. 

Şərqşünaslıq İnstitutunda qazandığı təcrübə, analitik düşüncə və malik olduğu geniş dünyagörüşü onun qarşısında yeni üfüqlər açırdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın diplomatik xidmət orqanının formalaşdığı dövrdə bu sahəyə   töhfə verə biləcək peşəkar kadrlara ehtiyac duyulurdu. Beləliklə, Cavanşir Vəkilov 1992-ci ildə ölkəmizin Xarici İşlər Nazirliyində fəaliyyətə başlamaqla, həyatının yeni və mühüm bir mərhələsinə qədəm qoyub və ömrünün sonunadək özünü bu şərəfli və məsuliyyətli işə həsr edib.

...Cavanşir Vəkilovun həyat yolunu vərəqlədikcə yadımıza Ceyms Oldriçin məşhur “Diplomat” romanı düşür. Avstraliyalı yazıçı həmin əsərini 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatına həsr edib. Gözlərimiz önündə  romanın baş qəhrəmanı Mak-Qreqor və onun prototipi Esseksin obrazları canlanır. Eyni ilə Cavanşir Vəkilov da İranda, Təbrizdə diplomatik fəaliyyəti ilə sanki bir roman qəhrəmanı səviyyəsinə ucalıb.   

O, Vətəni xarici ölkələrdə layiqincə təmsil edərək, müxtəlif illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində çalışıb. 1993–1995-ci illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi İran nümayəndə heyətləri ilə danışıqlarda müşayiət edənlərin sırasında olub.  

Cavanşir Vəkilov hər zaman Azərbaycanın dövləti və milli maraqlarını uca tutub, Vətənə sədaqətlə xidmət edib. Tarixçi alim kimi “Arsax: tutarlı cavab”, “Tarixi keçmişimizə bir nəzər” (Kürün sahilində var əski bir köy) kimi məqalələri geniş əks-səda doğurub. 2007-ci ildə ona 1-ci dərəcəli müşavir  diplomatik rütbəsi verilib. 2009-cu ildə “Azərbaycan Respublikası Diplomatik Xidmət orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalı ilə təltif olunub. Eyni zamanda, Azərbaycan XİN-in 90 illik yubileyi münasibətilə nəşr edilmiş kitabların redaksiya şurasının üzvü kimi məhsuldar çalışıb.  

Göründüyü kimi, Cavanşir Vəkilov diplomatik fəaliyyəti ilə yanaşı, daim elmə olan bağlılığı ilə seçilib, tədqiqatçı ruhunu qoruyub saxlayıb. O, illər ərzində qazandığı təcrübəsini pedaqoji fəaliyyətinə yönəldərək, gənc nəslə ötürüb.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti”, “Müasir diplomatiya”, “Diplomatik danışıqlar”, “Diplomatik sənədlər” ixtisasları üzrə mühazirələr oxuyub. Həmçinin DİA-nın bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olub. Tədris prosesini yalnız nəzəri müstəvidə deyil, real diplomatik hadisələr və peşəkarlıq nümunələri ilə zənginləşdirən Cavanşir Vəkilov tələbələrinin sevimli müəllimi idi.    

Onun pedaqoji fəaliyyətinin bəhrələrinə misal olaraq, ərsəyə gətirdiyi “Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti” və “Müasir diplomatiya” fənləri üzrə dərslikləri göstərmək olar. Bununla yanaşı, Cavanşir Vəkilovun Azərbaycan-İran münasibətləri və Azərbaycan ədəbiyyatı haqqında 23 elmi işi, 49 məqalə və araşdırma yazısı Bakı, Təbriz, Tehran, Moskva və Düşənbədə elmi məcmuə, qəzet və jurnallarda Azərbaycan, rus və fars dillərində nəşr olunub. O, “Heydər Əliyev və Şərq” adlı çoxcildliyin İrana həsr olunmuş 2-ci cildinin hazırlanmasında yaxından iştirak edib.

Cavanşir Vəkilovun “Azərbaycan Respublikası və İran: 40-cı illər” adlı kitabından ayrıca danışmağa dəyər. 1991-ci ildə Bakıda çıxan və bu yaxınlarda təkrar nəşr edilən həmin elmi monoqrafiyada müəllif 1941-1946-cı illərdə qonşu ölkələr arasındakı mədəni-diplomatik münasibətləri hərtərəfli tədqiq edib.

Kitaba yazılan Ön sözdə bildirilir ki, əgər ötən vaxtlarda əlaqələrdə mədəni təcavüz və assimilyasiya ünsürləri özünü qabarıq göstərirdisə, indi mədəni əlaqələr getdikcə daha çox qarşılıqlı inteqrasiya, əməkdaşlıq şəklini alır, təkcə dövlət və rəsmi ictimai strulturları deyil, “xalq diplomatiyası”na söykənir. Bu baxımdan  Azərbaycanın belə əlaqələrdə iştirakı tarixinin, bunun şərait və xüsusiyyətlərinin əldə olunmuş təcrübənin öyrənilməsi böyük önəm daşıyır. 40-cı illərdə SSRİ və İran arasında mədəni əlaqələrdə Azərbaycan Respublikasının iştirakı ayrıca mərhələ təşkil edir. Əsər oxucuda konkret faktları, sənədli materialları ilə maraq yaradır. Müəllif çalışıb ki, faktların ümumiləşdirilməsi və təhlilində sırf obyektiv, qərəzsiz, məhdud sinfi-siyasi meyarlardan azad olan nəticələr çıxarsın.   

Fərəhlə qeyd etmək olar ki, məşhur ABŞ şərqşünas alimi Tadeuş Svyataxovski özünün “Rusiya və Azərbaycan keçid dövründə sərhəd” kitabında (Nyu-York, 1995) dönə-dönə Cavanşir Vəkilovun elmi əsərlərinə istinad etmişdir.

Tanınmış diplomat özünü bir an da olsun, ədəbiyyatdan kənarda hiss etməyib. Atasının vəfatından sonra onun müəllifi olduğu “Cavanşir” romanını, “Anadillər” povestini (bu əsərlər Tehran və Təbrizdə də nəşr edilib), “Ömür dedikləri bir karvan yolu” adlı xatirə kitabını  işıq üzünə çıxarıb. Həmçinin M.Vəkilovun “Azərbaycanda mədəni inqilab: 1920–1940-cı illər” monoqrafiyasının elmi redaktoru olub. 

Cavanşir Vəkilov İranda çalışarkən orada çıxan “Varlıq”, “Xudafərin”, “Körpü” jurnallarında, “Fəcr-e Azərbaycan”, “Məhd-e azadi” qəzetlərində ədəbiyyatımızın ünlü nümayəndələrinin yaradıcılığını ətraflı işıqlandırıb. Şəxsi kitabxanasını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, AMEA Fundamental kitabxanasının Şərq fonduna və M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasına hədiyyə edib. İranda çalışarkən əldə etdiyi çoxsaylı kitab, jurnal və qəzetləri, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin, BDU-nun  kitabxanalarına və M.F.Axundov adına Milli Kitabxanaya göndərib.

Ailə onun həyatının dəyərli hissəsi olub. Həyat yoldaşı - kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Elmira Vəkilova ilə birlikdə 2 övlad böyüdüb, 3 nəvənin sevincini yaşayıb. Əmisi Səməd Vurğunun “Dilcan dərəsi” şeirində yazdığı, atasının xatirə kitabı üçün başlıq seçdiyi “Ömür dedikləri bir karvan yolu” misrasına bənzər maraqlı tərcümeyi-hal yaşayıb.  

Ə.DOSTƏLİ 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri