Icma.az
close
up
RU
ÖMÜRLÜK MƏHKUM OLAN ABDULLAH ÖCALAN SƏRBƏST BURAXILIR? Baxçalının açıqlamalarının pərdəarxası AzPolitika onlayn siyasiictimai qəzet

ÖMÜRLÜK MƏHKUM OLAN ABDULLAH ÖCALAN SƏRBƏST BURAXILIR? Baxçalının açıqlamalarının pərdəarxası AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının PKK terror təşkilatının başçısı Abdullah Öcalanla bağlı verdiyi açıqlamalar Türkiyə gündəmində rezonans doğurub. Belə ki, Baxçalı Öcalanın parlamentə gələrək terrorun sonlandığını və PKK təşkilatının buraxıldığını elan etməsinə şərait yaradılmasını, ardınca qanunvericilikdəki “Umut hakkı” layihəsi (cəzasının müəyyən bir hissəsini həbsxanada başa vurduqdan sonra vaxtından əvvəl sərbəst buraxılması-red.) qüvvəyə minərsə, bundan yararlana biləcəyini, yəni bir növ həbsxanadan sərbəst buraxıla biləcəyi mesajını verib. Baxçalının çıxışından bir neçə saat sonra açıqlama verən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da sözügedən təkliflə bağlı müsbət bəyanatlar səsləndirib. Bunun tarixi bir fürsət olduğunu deyən Türkiyə lideri terror və zorakılığın olmadığı bir ölkə qurmaq istədiklərini bildirib.

“AzPolitika” xəbər verir ki, türkiyəli jurnalist Abdulkadir Selvi “Hürriyet” nəşrində yayımlanan məqaləsində hər kəsdə maraq oyandıran bu çağırışla bağlı öz fikirlərini bölüşüb.

Məqalənin tərcüməsini oxuculara təqdim edirik:

22 oktyabr miladdır

Turqut Özal dövründə Öcalan Bekaa vadisində olarkən Cəlal Talabani vasitəsilə birtərəfli atəşkəs prosesi başladılıb. Ərbakan dövründə bəzi təşəbbüslər oub. Ərdoğan iki dəfə həll prosesini başladıb. Amma onların heç biri Öcalanın nə Türkiyə məclisində, nə də DEM Partiyasının qrup toplantısında terrorun bitdiyini, PKK-nın ləğv olunduğunu bəyan etməsi ilə bağlı çağırış etməyib. Bu baxımdan 22 oktyabr tarixi dönüş nöqtəsidir. 

MHP-nin sədr müavini Fəti Yıldızın da dediyi kimi, “bu, bir miladdır”.

Oktyabrın 1-də Milli Məclis

Əslində proses oktyabrın 1-də prezident Ərdoğanın TBMM-dəki açılış nitqi ilə başlayıb. Prezident İsrailin Qəzzadan sonra Livanla müharibə apardığını və regional müharibə təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirib. O, Türkiyənin Livandan iki saat yarımlıq məsafədə olduğunu ifadə edərək, əsas hədəfin Türkiyə olduğunu açıqlayıb. O, bu təhlükə qarşısında iqtidar-müxalifət qarşıdurmasını bir kənara qoyub Türkiyə oxu ətrafında toplanaraq daxili cəbhəni gücləndirməyə çağırıb.

Ərdoğan kürsüdən endikdən dərhal sonra Dövlət Baxçalı DEM Partiyasının üzvlərinin yanlarına gedərək onların əlini sıxıb. Bu sürpriz hərəkət siyasətdə ab-havanı anidən dəyişib. Baxçalı bu addımı prezidentin daxili cəbhəni gücləndirmək çağırışına dəstək vermək üçün atdığını açıqlayıb. O, DEM Partiyasını “Türkiyə partiyası” olmağa çağırıb.

Ərdoğan və Baxçalı 3 oktyabrda nə danışıblar?

Keçmişə bir az ekskursiya edəcəyik. Çünki bu, addım-addım düşünümüş bir strategiya idi. Prezident Ərdoğan oktyabrın 3-də Baxçalını evində ziyarət edib. Bu tarix önəmli idi. Çünki Ərdoğan-Baxçalı görüşündən sonra tarixi əhəmiyyətli MGK toplantısı keçirilib.MGK niyə vacib idi? 

Oktyabrın 3-də keçirilən MGK toplantısında alınan qərarlar həm yaxınlaşan müharibə təhlükəsi, həm də prezident Ərdoğanın TBMM-dəki açılış nitqində diqqət çəkdiyi Suriyada “peyk quruluşu” baxımından əhəmiyyətli idi.

Ərdoğanın "peyk qurşuşu" dediyi Suriyadakı SDG-PKK və YPG-dir. ABŞ PKK-YPG-yə muxtariyyət statusu vermək üçün may və iyun aylarında qondarma seçkilər keçirməyə cəhd etsə də, Türkiyənin təzyiqi nəticəsində geri çəkilmək məcburiyyətində qalıb. Lakin onlar bu məqsədlərindən əl çəkməyiblər. Suriya ərazisində PKK-nın "peyk quruluşu" Türkiyənin gələcəyi üçün bir problemidir. Türkiyə bunun qarşısını almaq üçün lazım olan hər şeyi edir. Lakin bu çətin dövrdə daxili cəbhəmizi də gücləndirmək lazımdır.

Xəritələr qan ilə çəkilərkən

Prezident Ərdoğan da dünənki çıxışında bu məqama diqqət çəkib:“Yaxın Şərqdə xəritələr qanla çəkilərkən, İsrail müharibəni Livana apararkən, biz daxili cəbhəmizi gücləndirməliyik”.

Düşünürəm ki, Ərdoğan və Baxçalının addımları qismən buna hesablanıb.

Baxçalıya dəstək

Ərdoğan oktyabrın 12-də Albaniya və Serbiya səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində Baxçalıya güclü dəstək verib.

“Məncə, cənab Baxçalının atdığı bu addım çox mühüm addımdır”,-deyə o, bildirib.

Oktyabrın 15-də MHP lideri bir daha tribunaya çıxaraq “Türkiyəyə gətirilərkən hər cür xidmətə hazıram deyən baş terrorçunun birtərəfli qaydada terrorun bitdiyini bəyan etməsi xoşdur, onun təşkilatı ləğv olunacaq”,-deyə bildirib.

“Umut hakkı”

Öcalanın TBMM-ə gətirilərək DEM Partiyası qrupunda çıxış etməsi təklifi hər kəsi şoka salsa da, Baxçalının “Umut hakkı” təşəbbüsü də bir o qədər əhəmiyyətli idi.

“Umut hakkı” nə deməkdir?

Bu sualın cavabını MHP sədrinin müavini Fəti Yıldız verib. Feti Yıldız, “Bu termin ömürlük həbsə məhkum edilmiş məhkumun bir gün azadlığa çıxmasını gözləmək haqqını ifadə etmək üçün istifadə edilir”, - deyib.

Həmçinin Öcalanın da “Buradan tabutda ayrılmaq istəmirəm” şəklində bir mesajının olduğu deyilir.

Baxçalı niyə belə bir riski öz üzərinə götürdü?

MHP türk millətçiliyinin simvolu olan bir partiyadır. Baxçalı terrorla mübarizədə barışmaz xətt tutan liderdir. Bu addımın MHP-yə heç bir siyasi fayda gətirməyəcəyi aydındır. Əslində bu, böyük riskdir. Baxçalının bunu siyasi qazanc üçün etdiyini demək yanlış olar. Çünki bu, siyasi baxımdan MHP-yə səs qazandırmır. Burada onun bütünlüklə “öncə dövlətim, sonra partiyam” devizi ilə hərəkət etdiyini görürük. O, sadəcə dövlətin maraqlarına uyğun addım atdı. İllərlə deyirdik ki, kürd problemi həll olunacaqsa, türk millətçiləri önə keçməlidir. Baxçalı indi bunu edir. Bu, tarixi fürsətdir. Amma qarşıda böyük maneələr var.

Hər şeydən əvvəl Qəndil maneədir. Çünki onlar varlıqlarını terrora borcludurlar. Silah onların sığortasıdır. ABŞ maneədir. Çünki o, PKK-dan Yaxın Şərqdə istifadə etmək istəyir.

Bəs kimin hesabına? Əlbəttə, türk və kürd uşaqlarının qanı bahasına...

Dövlət layihəsi

Buradakı ən mühüm üstünlüyümüz budur ki, bu, təkcə Dövlət Baxçalının layihəsi deyil, dövlətin layihəsidir. Prezident Ərdoğanın güclü dəstəyi, kürd xalqının sülhə olan inancı və CHP və DEM Partiyasının məsuliyyət hissi ilə hərəkət etməsi olduqca vacibdir.

Yaxın Şərqdə sərhədlər qanla çəkildiyi halda, biz sülh mahnıları oxuyaraq öz daxili cəbhəmizi gücləndirmək istəyirik.

Baş verən hadisələr bu qədər önəmlidir”.

“AzPolitika.info”

P.S. Qeyd edək ki, Türkiyədə milli barışığın əldə olunmasına istiqamətində cəhdlər regionda marağı olan qlobal gücləri, o cümlədən ABŞ və İsraili ciddi şəkildə narahat edir. Dərhal bunun qarşısını almaq üçün hərəkətə keçirlər. Bu gün Türkiyədə törədilən terror aktı da bunun növbəti sübutudur!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see251

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see145

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri