On beş min manata yaxın dələduzluq: İki nəfər saxlanıldı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək ümumilikdə 14 560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3 500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini, 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

102 min manatlıq dələduzluq: iki nəfər TUTULDU
06 Dekabr 2024 09:00
80 min manatlıq dələduzluq 2 nəfər saxlanıldı
08 Fevral 2025 19:59
Təyyarə qəzası: Biri uşaq olmaqla on iki nəfər
25 Dekabr 2024 11:58
Dələduzluq edən 3 nəfər saxlanıldı
13 Dekabr 2024 11:08
Xüsusi əməliyyat: iki nəfər saxlanıldı
18 Noyabr 2024 17:22

