Icma.az
close
up
RU
On iki yaşlı qıza sataşdı, qardaşını döydülər Goranboyda toyda dava

On iki yaşlı qıza sataşdı, qardaşını döydülər Goranboyda toyda dava

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyda toyda dava olub. Avtosfer.az Lent.az-a istinadən bildirir ki, hadisə şəhər ərazisindəki şadlıq evlərindən birində baş verib. İttiham aktına görə, 30 yaşlı Daşqın Qəzənfərov (ad və soyad şərtidir) bibisi oğlunun toyunda sərxoş halda çölə çıxıb. Bu zaman toya gələn 12 yaşlı Fidanı (şərti adla) görüb ona yaxınlaşaraq, tanış olmaq və münasibət qurmalarını deyib. Yeniyetmə qız da Daşqının bu hərəkətini qardaşına bildirib. Qardaşı isə Daşqının yanına gələrək onun sinəsinə təpiklə zərbə vurub. Bundan sonra Daşqın və onun başqa bir bibisi oğlu Arzumanla (şərti adla) birləşərək Fidanın qardaşını çoxsaylı yumruq zərbələri ilə döyüblər. Polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində Daşqın və Arzuman saxlanılaraq, barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb. Hər iki təqsirləndirilən şəxs ifadələrində zərərçəkənlə barışdıqlarını və əməllərindən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini xahiş ediblər. Zərərçəkən şəxs də həmçinin onlara qarşı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə Daşqın və Arzuman hər biri 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlara həmçinin gecə saat 23-dən səhər saat 7-dək yaşadıqları evi, cəza müddəti boyunca isə yaşadıqları şəhər və ya rayonu tərk etməmək tapşırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 May 2026 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri