“On il ərzində güclü kareteçilər arasında ən yaxşılardan biri olaraq qalıram” İrina Zaretskanın Ə MÜSAHİBƏSİ
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İrina Zaretska müasir karateçilər arasında ən güclülərdən biri statusunu daşıyır. Ötən gün o, Qahirədə keçirilən dünya çempionatında bürünc medal qazanıb. Bu mükafat onun il ərzində baş tutan əsas turnirdə əldə etdiyi artıq beşinci medalıdır.
İrina Zaretska Misirdə qazandığı medaldan, onu qarşıda gözləyən turnirlər və şəxsi həyatı barədə fikirlərini İdman.Biz-lə bölüşüb.
- İrina, medalla bağlı sizi təbrik edirik. Dünya çempionatında ardıcıl üç qələbədən sonra indi Qahirənin bürünc medalını qazandınız. Bu nəticə sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Çox sevinirəm. İtaliyalı Silviya Semeraro ilə həlledici görüşü necə keçirdiyimə görə çox qürur duyuram. Bildiyiniz kimi, o, mənim köhnə rəqibimdir. Döyüş çox gərgin keçdi, kompromiss yox idi, amma mən gücümü göstərdim.
- Ardıcıl dördüncü dəfə qızıl medal qazana bilməmək sizdə müəyyən məyusluq yaratdımı?
- Fransalı Trisiya Sombe ilə yarımfinalda bir anlıq səhv etdim. Bu səhv mənə finala və bəlkə də daha böyük nəyəsə başa gəldi. Amma son gündə göstərdim ki, heç kim və heç nə məni dayandıra bilməz. Bu, hələ son deyil, davamı mütləq olacaq.
- Qazandığınız medalı qızınızla birlikdə qeyd etdiniz. Deyin, ana olmaq karyeranızı nə dərəcədə dəyişdi?
- Açığı desəm, yanaşma baxımından heç nə dəyişməyib. Dekret məzuniyyətindən sonra qayıtmaq bir qədər çətin oldu, amma mümkünsüz heç nə yoxdur. Əgər məqsədin və ona necə çatacağını anlamağın varsa, sadəcə xəyalının ardınca gedirsən. Onu həyata keçirirsən.
- Demək olarmı ki, ana olmaq sizi daha da gücləndirib?
- Əlbəttə! Çünki indi bilirəm ki, yuxusuz və düzgün qidalanmadığın vaxt necə məşq etmək lazımdır (gülümsəyir). Amma balaca böyüyür, artıq yuxusu qaydasındadır, mənim də elə. Bunların hamısı yarışlara təsir edir. Qahirədə hamı gördü ki, mənimlə döyüşmək hələ də çox çətindir. Və mən heç vaxt olmadığı qədər ciddi şəkildə məşq edəcəyəm.
- Gələcək planlarınız necədir?
- Mən dünya çempionatında beşinci medalımı qazandım, amma bununla kifayətlənmək fikrində deyiləm. On il ərzində ən yaxşıların ən yaxşısı statusunda olmuşam və elə həmin ruhda davam etmək istəyirəm.
- Payız mövsümündə güclü performans göstərdiniz: MDB Ölkələrinin Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında qalib gəldiniz və dünya çempionatında bürünc medal əldə etdiniz. Ümumilikdə, hər şeyin gedişindən razısınızmı?
- Bəli, hər startın öz yeri, öz xüsusi tərəfi var. Karate mənim duyğum olaraq qalır və mənə xoşdur ki, karyeram ildən-ilə məntiqli davamını tapır. Yeni qələbələr və nailiyyətlər var və hara doğru irəliləməli olduğumu daha yaxşı anlayıram.
Zəki Feyzullayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















