Vəkillər Kollegiyasında 400 dən artıq vəkil köməkçisi fəaliyyət göstərir
Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Kollegiyanın inzibati binasında təşkil olunan görüş zamanı sədr Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə son illər VK-da aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər barədə ətraflı məlumat verən Anar Bağırov bildirib ki, hazırda Kollegiyada 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir. Bu göstərici vəkillik institutuna marağın artdığını və gənc hüquqşünasların peşəyə inteqrasiyasının genişləndiyini nümayiş etdirir.
Sədr vurğulayıb ki, hüquqi dövlət quruculuğu, hüquq sisteminin möhkəmləndirilməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi və məsuliyyətli missiya daşıyırlar. Bu baxımdan yüksək bilik səviyyəsinə malik, məsuliyyətli və peşə etikası qaydalarına sadiq hüquqşünasların hazırlanması hər zaman prioritet istiqamət olaraq qalır.
Anar Bağırov qeyd edib ki, Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına xüsusi önəm verir və onların real təcrübə mühitinə inteqrasiyası üçün zəruri şərait yaradır. Həmçinin sədr gənc hüquqşünasları fəal olmağa, təcrübəli vəkillərlə sıx əməkdaşlıq etməyə, bilik və bacarıqlarını daim təkmilləşdirməyə çağırıb.
Eyni zamanda sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərə toxunaraq, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək azaldıldığını diqqətə çatdırıb. Bununla yanaşı, VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçilərinə vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışan Anar Bağırov bildirilib ki, bu addımlar gənclərin vəkillik peşəsinə marağının artmasına, onların peşəkar inkişafı və gələcək karyera planlaması üçün daha əlverişli imkanların yaradılmasına xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Vəkillər Kollegiyasında müşavirə
06 Noyabr 2024 11:16
Vəkillər Kollegiyasında Vəkil Günü qeyd edildi
28 Dekabr 2024 22:33
Vəkillər Kollegiyasında müşavirə keçirildi Foto
29 Noyabr 2024 19:58
Vəkillər Kollegiyasında vəkillərlə görüş keçirildi
10 Dekabr 2024 18:04
Vəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının
10 Dekabr 2024 18:45
Baxış sayı:44
Bu xəbər 16 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları