Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

“Uşaq futbolunda ən böyük problemlərdən biri valideynlərdir” Sadiq Eyvazinin ə MÜSAHİBƏSİ + FOTO

“Uşaq futbolunda ən böyük problemlərdən biri valideynlərdir” Sadiq Eyvazinin ə MÜSAHİBƏSİ + FOTO

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Balaca ayaqlar, meydanda sürətlə qaçan fiqurlar və ciddi baxışlar - “Ulduz” futbol akademiyasının U8 komandası məşq zamanı belə görünür. Böyük meydançada onlar cəmi kiçik bir sahəni tutur və uzaqdan baxanda balaca nöqtələri xatırladırlar.

Bu yaşda uşaqlarla işləmək çətin görünə bilər. Amma komandanın baş məşqçisi Sadıq Eyvazi İdman.Biz-lə söhbətində deyir: “Uşaqlarla işləmək böyüklərlə işləməkdən daha rahatdır. Bu, mənim mühitimdir. Əlbəttə, özəllikləri var: psixologiyanı bilməlisən, uşağı anlamağı bacarmalısan. Bəzən məşqdə ağlayan, inciyən olur - yana çəkib sakitləşdirməli, qucaqlamalı olursan. Mən hər birinə öz övladım kimi baxıram, ona görə çətinlik çəkmirəm”.

Məşqçinin yanaşması özünü dərhal göstərir. O, tənbeh etməklə yanaşı, “əla!” deyə səslənir, uşaqlar isə gülümsəsələr də, dərhal ciddi üz ifadəsinə qayıdırlar - çünki məşq məsuliyyət tələb edir.

Bununla belə, çətinliklər az deyil. “Biz futbolun əlifbasını sıfırdan öyrədirik, - Sadıq Eyvazi izah edir. Bəzən eyni şeyi bir-iki dəfə yox, yüz dəfə təkrarlamalı olursan ki, uşaq tam qavrasın. Uşaqlar futbola oyun kimi baxırlar, amma bizim məqsədimiz onlara həqiqi futbolu öyrətməkdir”.

Məşqçi bildirir ki, səbir burada əsas şərtdir, amma lazım olanda sərtlik də vacibdir: “Həmişə gülmək olmaz, çünki uşaq da ciddi yanaşmaz. Bəzən sərt deməlisən ki, başa düşsün: məşq intizam tələb edir və bu, həyətə düşüb oynamaq deyil”.

Onun sözlərinə görə, uşaq futbolundakı ən böyük problemlerindən biri valideynlərdir. “Hər gün eşidirəm: ‘Niyə mənim uşağım oynamır?’ və ya “Mənimki daha sürətli, daha güclüdür” Bəzən meydançaya belə müdaxilə edirlər. Mən həmişə deyirəm: evdə nə istəyirsinizsə, deyin, amma məşqdə qərarı məşqçi verir”.

“Futbol daha kütləvi olub”

Sadıq Eyvazi vurğulayır ki, Azərbaycanda futbola maraq artıb. Bəzən seçimlərə yüzdən çox uşaq gəlir, amma hamı qəbul olunmur - digərləri marağı itməsin deyə başqa qruplara yönləndirilir.

“Seçimdə fiziki göstəricilərə baxırıq, həmçinin valideynlərin boyuna diqqət edirik ki, uşağın gələcəkdə necə olacağı barədə təxmini təsəvvür yaransın. Boy sürət üstünlüyü verir, qapıçılar üçün isə əsas amildir. Əlbəttə, istisnalar olur - Messi, Maradona kimi. Azərbaycanda da nümunələr var: Elvin Cəfərquliyev hündür deyil, amma xarakteri və istəyi hesabına uğur qazandı. Amma həm boy azdır, həm də istək yoxdursa, o zaman heç nə alınmır”.

“Uşağı futbola hansı yaşda gətirmək lazımdır?” sualına məşqçi belə cavab verir: 5–6 yaş.

“Bu yaşda potensial görünür, amma onun peşəkar olub-olmayacağını yalnız 13–14 yaşda demək olur. Kimi tez parlayır, kimi gec yetişir. Axırda isə düşünmə qabiliyyəti və oyunu dərk etməyi daha yaxşı olanlar qalır”.

Sadıq müəllim onu da əlavə edir ki, yalnız idmanı sevən uşaqlar irəli gedə bilir: “Bəzən valideynlər uşağı məcbur edirlər. Biz belə uşaqları saxlamırıq”.

İdman.Biz U8 komandasının balaca futbolçularından biri ilə də danışa bilib. Kiçik Elçin barmaqları ilə göstərib 5 yaşında olduğunu deyir və məşqə öz istəyi ilə gəldiyini bildirir. Amma onun üçün ən çətin sual soyadı ilə bağlı olur: “Bilmirəm”, – deyə gülümsəyərək cavab verir…

Leyla Eminova
Foto: İslam Atakişiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see233

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see161

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see149

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see139

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see139

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see137

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see133

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see130

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see130

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see130

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see128

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see128

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri