Icma.az
close
up
RU
On saatlıq unikal əməliyyat FOTOLAR

On saatlıq unikal əməliyyat FOTOLAR

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Pasiyentin öz sümüyü ilə yeni çənə qurulub

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikallığı ilə seçilən aşağı çənənin bərpası üzrə unikal və yüksək texnoloji cərrahi əməliyyat uğurla icra olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu əməliyyat mərkəzdə ilk dəfə olaraq 2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin tapşırığı ilə yaradılmış plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri tərəfindən icra edilib.

Əməliyyat təxminən 10 saat davam edib və bir neçə ixtisas üzrə cərrahi briqadaların iştirakı ilə həyata keçirilib. Baş-boyun nahiyəsi üzrə əməliyyat üz-çənə cərrahı-onkoloq, tibb elmləri doktoru, professor Məhəmməd Davudov və şöbə müdiri, plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov tərəfindən icra edilib.

Mikrocərrahi transplantasiya mərhələsi isə üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Kamil Abdullayev və üz-çənə cərrahı Vəlican Abasov tərəfindən həyata keçirilib.

Əməliyyatın uğuru dəqiq rəqəmsal planlaşdırma, ixtisaslaşmış tibbi avadanlıqlar və anestezioloqlar, onkoloqlar, üz-çənə və plastik-rekonstruktiv cərrahların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub.

Bir il yarım əvvəl pasiyentə baş-boyun nahiyəsində yerləşən geniş yayılmış bədxassəli törəmə səbəbilə aşağı çənənin yarısı çıxarılıb və onun yerinə titan konstruksiya yerləşdirilib. Müasir tibbi texnologiyaların tətbiqi sayəsində həyata keçirilən son əməliyyat zamanı əvvəlcədən qoyulmuş titan lövhə çıxarılıb, aşağı çənənin yarısı pasiyentin öz sümüyü — fibula (incik sümüyü) vasitəsilə yenidən qurulub.

Mikrocərrahi üsulla icra olunan rekonstruksiya zamanı sümük strukturu pasiyentin ayağından götürülərək üz nahiyəsinə transplantasiya edilib və damarlar yüksək dəqiqliklə birləşdirilib. Bu yanaşma onkoloji əməliyyat nəticəsində itirilmiş üz nahiyəsinin həm funksional, həm də estetik baxımdan bərpasına imkan verir. Mütəxəssislərin sözlərinə görə, gələcək mərhələdə bərpa olunmuş sümüyə dental implantların yerləşdirilməsi planlaşdırılır ki, bu da pasiyentin həyat keyfiyyətinin tam bərpasına şərait yaradacaq.

Mərkəzdə bu kimi yüksək texnologiyalı əməliyyatların icrası ölkədə rekonstruktiv cərrahiyyənin inkişafına və vətəndaşların müasir tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Aprel 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri