Icma.az
close
up
RU
“Ona dedim ki, İsrail dünyayla vuruşa bilməz” Tramp

“Ona dedim ki, İsrail dünyayla vuruşa bilməz” Tramp

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail və HƏMAS arasında “Qəzza Sülh Planı”nın ilk mərhələsinin təsdiqlənməsinin ardından ABŞ Prezidenti Donald Tramp prosesi “dünya miqyasında əməkdaşlığın nəticəsi” kimi qiymətləndirib. 

Tramp “Fox News”a açıqlamasında bildirib ki, bu razılaşma bir çox ölkənin birgə səyləri nəticəsində mümkün olub:“Düzünü desəm, bütün dünya bu razılaşma üçün bir araya gəldi. Ağıla gəlməyəcək qədər çox ölkə bu prosesdə iştirak etdi. Dünya bu saziş ətrafında birləşdi. Əgər bu birlik olmasaydı, belə bir razılaşma mümkün olmazdı".

Tramp həmçinin qeyd edib ki, bu prosesin baş tutmasında bir sıra amillər – ABŞ-nin tətbiq etdiyi gömrük tarifləri, İranın nüvə obyektlərinə qarşı həyata keçirilən əməliyyatlar və diplomatik təzyiqlər mühüm rol oynayıb:“Bu, bir çox şərtin birləşməsi nəticəsində baş verdi. İranın nüvə potensialını sıradan çıxarmağımız kimi. Əlbəttə, bacarıq da önəmlidir, amma bir az şans da lazım idi".

Prezident İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının sülh prosesini asanlaşdırdığını vurğulayıb:“Əgər buna imkan versəydik, bu razılaşma ya baş tutmazdı, ya da onun üzərində böyük bir kölgə olardı. Çünki dostyana olmayan bir ölkənin əlində nüvə silahı olardı".

Tramp bildirib ki, İran da əldə edilən razılaşmadan məmnundur və gələcəkdə sülh prosesinə qoşulacağına inanır.

Prezident, İsrail Baş naziri Benyamin Netanyahu ilə son söhbətini də jurnalistlərlə bölüşüb:“Netanyahu mənə "İnanmıram, artıq hamı məni sevir" dedi. Mən də cavab verdim ki, əsas odur ki, insanlar İsraili yenidən sevir. Ona dedim ki, İsrail dünyayla vuruşa bilməz. O da bunu çox yaxşı anlayır".

Tramp razılaşmanı “bütün Yaxın Şərq üçün sülh günü” adlandırıb:“Bu, əla gündür. Dünya üçün, hər kəs üçün möhtəşəm bir gündür".

Prezident Qəzzanın yenidən qurulacağını və bölgənin daha təhlükəsiz hala gətiriləcəyini vurğulayıb:“İnsanların bir-biri ilə mehriban münasibətdə olacağını görəcəyik. Qəzza çox daha təhlükəsiz bir yer olacaq. Yenidən inşa ediləcək. Regiondakı digər ölkələr də bu prosesə yardım göstərəcək, çünki onların böyük sərvətləri var və bunu reallaşdırmaq istəyirlər".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri