Icma.az
close
up
RU
Ona MÜRŞİD də demək olar…

Ona MÜRŞİD də demək olar…

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Mürşid” kəlməsi ərəb mənşəlidir, mənası- tərbiyəçi, müəllim deməkdir. Yəni insanı doğru yola, zəlalətdən hidayətə yönəldən şəxs deməkdir. Hər bir mürşidin də öz müridləri olur. “Mürid” sözü isə mürşidə bağlanaraq onun yolunu izləyən və təlimlərini öyrənən şəxsə verilən addır. Bu dəfə sizə bir mürşiddən- filosof, sosialoq Mail Yaqubdan söhbət açmaq istəyirəm. O, 1979-cu ilin iyun ayının 10-da Cəlilabad rayonunda dünyaya gəlib. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görüb. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir...
Deyir ki:- “Allaha inanıram. İnamımın əsaslandığı aspektə gəlincə, dini aspekti elmi-fəlsəfi aspektdən ayırmıram. Yəni, mənim üçün xurafat və mövhümatdan təcrid olunmuş, sağlam, fundamental zəkaya əsaslanan bir din var. Dediyim bu əsasları İslam dinində tapmaq olar. Həmin əsaslara söykənən din elmi-fəlsəfi aspektdən kənar deyil. Gəlin əvvəlcə “fəlsəfə nədir” və “filosof kimdir” suallarına geniş aspeltdən yanaşaq və bu çətin suallara cavab axtaraq. Ancaq “fəlsəfə nədir” sualı “filosof kimdir” sualından daha çətindir. Beləliklə- “Fəlsəfə nədir?” Bu sahə çox genişdir. Hər zaman geniş sahələr tərifə çətin sığırlar. Çünki geniş geniş sahələrin aspekti çox olur. Tərifdə isə bütün aspektlər nəzərdə tutulmalıdır. Həmin sahənin də min aspekti varsa, sən o tərifdə min aspektin hamısını sıxışdırmağı bacarmalısan. “Tərif” isə adətən qısa və konkret olur. Məsələnin çətinliyi burdadır. Bir xarici müəllif əsər yazmışdı. Əsərin epiqrafında adətən müəlliflər əsəri bir insana ithaf edirlər. Biri həyat yoldaşına, biri sevgilisinə, dostuna, anasına və s.. Həmin müəllif epiqrafında yazıb ki, mən bunu bütün dəyərli dostlarıma ithaf edirəm. Və o dəyərli dostların bir-bir adını çəkib. Bu isə, 52 səhifə yer tutub. İndi bu suala cavab olaraq deyim ki, bəzi sualların cavabı başqa sahələrdə araşdırılmır. Yəni, konkret olaraq fəlsəfəyə aid olur. Misal üçün, “var” niyə var?! Baxın, bir bina tikilir. Bina tikiləndə prinsipə uyğun olaraq otaqları boş olmalıdır. Daha sonra təmir edilir və ora mebellər, əşyalar əlavə olunur. Bu əlavələrdən sonra yaşayış üçün uyğun olur. Ancaq “prinsip”ə uyğun olaraq, bina boş olmalıdır. Adətən prinsipə uyğun olan məsələlərə görə sual verilmir. Heç kim demir ki, bu otaq niyə boşdur, bu boşluğu burada kim yaradıb? Lakin otağa əşya qoyulanda da sual verirlər ki, bu əşyanı kim gətirib?. Baxın, burada sualın yeri var. Çünki onun gətirilib otağa qoyulması prinsipə uyğun deyil. Bildiyiniz kimi, indi böyük kainat var. Bu kainatda “var”lar var. Əslində, olmamalı idi axı. Kim gətirib qoyub bunları bura? Baxın, bu sualın cavabını fəlsəfədə axtarırlar. Aristotel deyib ki, ilk qüvvə burada var. Dində onun adını Allah qoyublar. Fəlsəfədən xəbəri olmayan şəxsin filosof olmasına gəlincə, bu mümkündür. Çünki filosof xarakterli insanlar var. Bu insanlar fitrən fəlsəfi suallar verirlər. Fəlsəfə fitrətdən gəlir. Bu cür insanlar filosof yox, fəlsəfi düşünən insanlar olur. Filosof o adama deyirlər ki, hansısa sistem yaratsın...”
Həm zərifliyi və həm də yaradıcı olması ilə seçilir. Çox tərbiyəli və diqqəti cəlb edən insandır. Onun intuitiv düşüncəlri əladır. Qayğıkeş və balanslı olması onun ətraf mühitlə ünsiyyətini çox asanlaşdırır. Yumşaq, tələskən və sakit bir təbiətə sahib olması isə onun əsas xüsusiyyətlərindəndir. Xəyal qurmağı sevir. İstədiyi şeyi əldə etməkdə israrlıdır. Hərəkətlərində çox diqqətlidir. Necə deyərlər, nə əməlindən, nə də dilindən kiminsə zərər çəkməsini xoşlamır. Götürdüyü öhdəliyə məsuliyyətlidir. Yorulmadan, o cümlədən də gecələr işləyə bilər. Dəyişikliklərdən və gözlənilməz situasiyalardan narahatdır. Sakit və dinc mühitlərə üstünlük verir...
“Psixologiyada “Halo effekti” deyilən bir termin var. Misal üçün biz bir yerə gedirik, orada çox adam görürük, biri bizə yaxınlaşır və görüşür, biz başlayırıq onunla münasibət qururuq, ola bilsin orada bu adamdan daha intellektli adam var, ancaq birinci qarşınıza bu şəxs çıxıb. On iki il bundan əvvəl Facebook-da bir status paylaşmışdım ki, bir neçə gündən sonra 34 yaşım tamam olacaq. Amma mən bəzi fəlsəfi-irfani ideyaları hələ təzə-təzə anlayıram. İndi o yazımdan 12 il keçir, mən yenə də o fikirdəyəm. Yenə düşünürəm ki təzə-təzə anlayıram.”- söyləyir.
Son dərəcə cəlbedici, ləyaqətli və xarizmatikdir. Təbii olan hər şeyə meyllidir. Təbii gözəllikdən zövq alır. Dostluqda sadiqdir, bu davranışı ilə onu ətrafdakılara bariz nümunə kimi göstərmək olar. Çox nəzkətlidir, hətta duyğularından istifadə edən insanlara, ona problem yaradanlara qarşı da yumşaq və mehriban davranır. İstər iş həyatında, istərsə də maliyyə ilə bağlı hər hansı bir sahədə hər şeydə ən yaxşısını etməyə meyllidir. Bir sözlə, o xeyirxah, yaradıcı, anlayışlı, intuitiv, səxavətli, romantik, səmimi və həssas insandır. Sirli, mistik hadisələrlə maraqlanmağı xoşlayır...
Deyir ki:- “Ədalət ağılı sevindirən müjdəçidir. Bunu bir düstur ilə izah edirəm. Müasir psixologiyada “Arousal” bir vəziyyət var. İnsan sıxıntılı, əsəbi, yuxulu, ac, stressli olan zaman məntiqlə düşünə bilmir. Mən deyirəm ki, “Arousal” vəziyyətin biri də ədalətsizlikdir. Ədalətsizlik olan atfosmerdə ağıl özünü itirir. Ədalətsiz adamın atmosferi ağıla ziddir. ədalət gələndə ağıl sevinir. Burada Həzrət Əliyə istinad edirəm, Həzrət Əlinin Malik Əştərə yazdığı məktubda deyirlir ki, insanlarla danışanda onlara üz tutub demə ki, mən sizin başçınızam, tabe olmalısınız. Əgər görsən ki, təkəbbürlüsən, onda Allahın səltənətini yadına sal. Yəni o da başçıdır, sən də başçısan. Beləliklə özünü müalicə et, bunu etsən, itmiş ağlın yerinə gələcək...”
Düşüncə və intellektual fəaliyyətlərdə çox aktivdir. Onun fəlsəfəsi ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir fikir və hər bir fərd öyrəniləsi bir mövzudur. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışır. Odur ki, tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür və bu mövzular ətrafında dərin mülahizələr yürütməyi bacarır. Onun həyat fəlsəfəsi hər zaman dəyişkən və inkişafda olan bir prosesdir, çünki o, hər yeni təcrübədən dərs çıxarmağa və öyrəndiklərini həyatına tətbiq etməyə səy göstərir...
“Əgər desəm ki, bir müsəlman olaraq danışıram və qeyri-müsəlmanların hamısını təhqir edirəm, əlbəttə ki, burada mən haqsız olaram. Orada haqsız olaram ki, orada dialoq və polemika üçün zəmin yoxdur. Burada məsələnin ümumbəşəri ağıla transfer etmək metodu var. Amerika filosofu Con Dyui deyir ki, insanın yeməyə ehtiyacı olduğu kimi mühüm adam hesab edilməyə də ehtiyacı var. Münasibətlərdə qarşı tərəfə dəyər verməsəniz, o polemika baş tutmayacaq. Deyə bilərəm ki, peyğəmbərimiz belə buyurub, çinli də deyə bilər ki, Konfutsi belə buyurub. Burada heç bir toqquşma yoxdur. Mən Nitşeyə də istinad edirəm, peyğəmbərimizə də, Həzrət Əliyə də. Sadəcə fərq budur ki, Azərbaycan insanı öyrəşməyib bir fəlsəfə müəlliminin tez-tez Qurana, Həzrət Əliyə istinad etməsinə. Əvvəl Nitşe vardı, Tolstoy, Huqo vardı, indi Həzrət Əlini də gətirmişəm bu saraya. Bu metod çox vacibdir, biz dini ehkamçılıqdan çıxarmalıyıq.”- söyləyir.
Tanınan xüsusiyyətlərindən biri də onun çoxşaxəli olması və maraq dairəsinin genişliyidir. O, bir mövzuya maraq göstərdiyi zaman, bütün diqqətini ona verir, lakin tez bir zamanda başqa bir maraqlı mövzuya da keçə bilir. Bu dəyişkənlik bəzən onu qeyri-sabit və qərarsız göstərə bilər, lakin əslində bu, onun zəkasının nə qədər geniş olduğunu göstərir...
Deyir ki:- “Mən elə düşünürəm ki, bəzən əsas missiya yaddan çıxır. Dinin əsas mahiyyəti qalır bir kənarda məzhəblər, firqələr ortaya çıxır. Nədir əsas mahiyyət? Əsas mahiyyət mətnə istinad ediləndə başa düşülür. Məsələn, mən elə şirkət rəhbərləri tanıyıram ki, çox səmimi və təvazökardırlar və işçilər də o qədər sevirlər ki, o rəhbəri. Bu cür rəftar edir və hamı sevir, bu da bir növ dindir. Məsələn, dünyanın ən müasir ölkəsi olsun, texnologiya yüksək səviyyədə olsun, hər şey yüksək səviyyədə, heç bir problemi yoxdur, indi burada dinin funksiyası nə ola bilər? Dinin funksiyası o vaxt məlum olur ki, dinin dediyi ideyaları sıralayaq və sonra müasir cəmiyyətə gətirək, görək problemlərinə dərman ola bilirmi? O zaman görəcəyik ki, din bizə lazımdır, yoxsa yox. Əlbəttə ki, lazımdır, vacibdir və dinin irfani tərəfləri çox mühümdür. İslamın özündə də bu zəngindir. Mənim müşahidələrimə görə, sadəcə bəzi din təqdimatçılarının böyük problemi var. İnsan özü kobuddursa, o, Allahı insanlara sevdirməyi bacarmayacaq...”
Ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Odur ki, sosial çevrəsi çox genişdir. Məntiqli, analiz edən və düzgün qərar verən insandır. Sürətli düşünmə qabiliyyəti var və problemləri kreativ, gözlənilməz yollarla həll etməyi bacarır. Hər cür şəraitə və vəziyyətə tez uyğunlaşa bilir. O, münasibətlərdə də maraqlı və dinamikdir. Onun üçün intellektual uyğunluq və ortaq maraqlar münasibətlərin vacib tərkib hissəsidir...
“Sadə bir müəlliməm, içimdə bir enerji, istək var, dayanmadan mütaliə edib öz üzərimdə çalışıram. Dəvət edirlər, gedirəm, auditoriyalarda, verilişlərdə danışıram. Sonra bir mərkəzimiz var, akademiyada paylaşırlar. Və beləcə çoxlu mesajlar alıram. Mən tənqidə açıq adamam, çünki tənqid inkişafa aparır. İstəyirəm ki, yaxşı bir cəmiyyət formalaşdıraq. Arzulayıram ki, Azərbaycan gözəl cəmiyyətə dönsün, mənəvi, maddi problemləri azalsın. Bunun üçün də öz dairəmdə bacardığım qədər çalışıram...”- söyləyir.
Xülasə, haqqında söhbət açdığım pedaqoq, filosof, sosialoq Mail Yaqub, bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi bir dövrdə, cəmiyyəti düzgün istiqamətə yönəltmək uğrunda yorulmadan çalışan ziyalılarımızdandır. Ona MÜRŞİD də demək olar...
Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see253

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see243

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see240

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see226

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see210

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see209

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see188

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see184

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see183

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see175

Antonelli qalib oldu

05 İyul 2026 00:59see164

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see164

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see163

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see163

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see162

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see162

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see162

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see162

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see158

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri