Onda heyətdə 2 yox, artıq 11 azərbaycanlı futbolçu olacaq” Şahruddin
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandasının Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsindən danışıb.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan qolkiper Rusiyanın championat.com nəşrinə müsahibəsində əvvəlcə futbola dövlət dəstəyindən danışıb:
“Dövlət başçısı tərəfindən futbola həmişə çox böyük maraq olub. O, bu idman növünü sevir və daim nəticələri izləyir. Belə bir məqamdan mütləq istifadə etmək lazımdır. Ölkədə futbol bumu yaşanır, uşaqlar oynamaq və məşq etmək istəyirlər. Vacib qərarlar qəbul edilməlidir.
Ümid edirəm ki, Çempionlar Liqasının pley-off mərhələsinə çıxış təkcə ‘Qarabağ’ deyil, bütün Azərbaycan futbolunun inkişafı üçün təkan olacaq. Düşünürəm ki, bu, insanların akademiyalara, gənclərə və uşaqlara investisiya etməli olduqlarını anlayacaqları dönüş nöqtəsi olmalıdır. Çünki əsas baza məhz budur. Güman edirəm ki, belə də olacaq. Bu cür imkanlardan möhkəm yapışmaq və irəliyə doğru hərəkətə başlamaq lazımdır".
Ş.Məhəmmədəliyev bildirib ki, yerli oyunçuların inkişafı üçün uşaq futboluna diqqət artmalıdır: "Belə bir anı qaçırmaq olmaz. Bütün uşaqlar futbola gəlmək istəyir, hər biri özünü hansısa futbol ulduzunun adı ilə çağırır. Uşaq futboluna yatırım etmək və nəticəni təxminən 10 ildən sonra gözləmək lazımdır. Onda vaxt heyətdə 2 yox, artıq 11 azərbaycanlı futbolçu olacaq”.
Yazıda bildirilib ki, "Qarabağ"ın Çempionlar Liqası oyunlarında start heyətdə azərbaycanlı futbolçulardan mütəmadi olaraq iki nəfər - Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















