Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Onda kasıb, ümidi Allaha və özünə qalan bir kənd uşağı idim” Anar Axundovun 50 illik yubileyinə

“Onda kasıb, ümidi Allaha və özünə qalan bir kənd uşağı idim” Anar Axundovun 50 illik yubileyinə

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ay Şeko bala, a cahıl, dur gəl” – babam məni səsləyir. Axşamdan baş ucuma yığdığım paltarlarımı tez-tələsik geyinib aşağı düşürəm. Babamla qoyun nobatına yollanacağıq. Nənəm çaylarımızı süzüb, yağlı-şorlu dürmək də düzəldib bizə. Hava yaman çiskinlidir, heç dünənki havadan əsər-əlamət belə yoxdur. Babam əlini çiynimə vurub, bir-iki saata havanın açılacağını söyləyir. Çayımı içib həyətə çıxıram. “A bala, əynini qalın geyin” – nənəm arxamca çığırır – “pencəyini qapının yanına qoymuşam, bəri qayıt, yeməyi də götür, yaddan çıxıb qalar burda”.

Nənəm çox qoçaq arvaddır. Bu günün işini sabaha saxlamaz, həmişəki kimi çantamızı da dünəndən hazır edib.

Küçədə qoyun-quzu mələşir. Kitab-dəftərlərim və dürməklərim olan çantamı çiynimə asıram, balaca çomağımı da götürüb babamla məhləmizin başına yollanırıq.

Yolda Anar müəllimlə qarşılaşdım. Evləri babamgilin evi ilə üzbəüzdür. Qapıbir qonşuyuq. Balacalığımdan atası Ədalət müəllimlə, anası Aygün xala ilə həftə sonları kəndə gələndə daha çox vaxt keçirmişdim. Amma Anar müəllimi ilk dəfə həmin gün görmüşdüm. Bəlkə də mən balaca olanda onu daha çox görmüşəm, amma xatirimdə həmin an ilk dəfə kimi qalıb.

Ədalət müəllimlə birgə həyətlərində ağac əkər, əkdiyimiz ağacları sulayar, elmdən, təhsildən danışar, ümidli şəkildə gələcəyimə baxardım. Mən onda balaca, cılız, kasıb, ümidi Allaha və özünə qalan bir kənd uşağı idim. 8-9 yaşım ancaq olardı. Ədalət müəllim Azərbaycan Texniki Universitetində müəllim olaraq çalışırdı. Universitetdən müəllim yoldaşları gələndə min bir bəhanə ilə onlara gedər, nələrəsə kömək etməyə, müəllimləri görmək, onlarla həmsöhbət olmaq, motivasiya almaq, həyata daha da möhkəm tutunmağa çalışardım. 

Hər dəfə kəndə gələndə mənə kitab-dəftər, daha yaxşı oxumağım üçün vəsaitlər gətirərdilər. Heç vaxt unutmaram, bir gün Aygün xala dedi ki, Anar müəllim kompüterini sənə göndərəcək, otur, öyrən. Dərslərini də yaxşı oxu. Təxminən 2008-2009-cu illər idi. Gecə-gündüz o kompüterdən çıxmazdım, power pointdə cızma-qara edər, slayd hazırlayar, word və exceldə cədvəllər düzəldər, klaviaturada hərflərini yerini axtara-axtara kitabı kompüterə köçürərdim. Bu gün kompüter biliklərimin yüksək olmasına görə hansısa kursa, mərkəzə deyil, məhz o günlərə borcluyam. Xatirimdədir, internetə giriş əldə etmək üçün kağız daşıyıcıda kontur almışdıq. Kənddən şəhərə çıxmamış bir balaca uşaq həmin an dünyaya çıxış əldə etmişdi. O anın xoşbəxtliyini hələ də unutmuram.

Bu bir uşağın həyatına toxunuş etmək idi, indi o uşaq böyüyüb, hər ay yüzlərlə, hər il minlərlə gəncin həyatına toxunuş edir. Əmin olduğum tək şey, itirilməyən yaxşılıqların əbədi olmasıdır.

Məni tanıyan hər kəs bilir ki, üzünü heç vaxt görə bilmədiyim şəhid əmim Aslan Şirinova daha çox bağlıyam. Əmim İqtisad Universitetinin tələbəsi olmasına rağmən birinci Qarabağ savaşında könüllü cəbhəyə yollanmış və şəhid olmuşdur. Onun adını daimi yaşadır, doğum tarixini işə hazırlaşan gənclərə verdiyimiz sertifikat və diplomlarda ID kod kimi istifadə edirəm. Niyə əmimdən misal gətirdim? Anam həmişə əmimdən danışanda onun dostları, həyat tərzi, təhsili, düşüncələrini də mənimlə bölüşürdü. Hər yay Anar müəllim kəndə gələndə bütün gün əmimlə birlikdə universitetə hazırlaşar, dərsləri müzakirə edər, birgə vaxt keçirərmişlər. Çox yaxın və çox möhkəm dost olan bu iki gənc təhsil hədəflərinə də birgə çatmışdılar. Hər ikisi İqtisad Universitetinə qəbul almışdılar.

Fotoda: Anar Axundov

Mənim üçün əziz və doğma olan şəhid əmimin ən yaxın dostu, təhsildaşı, bəlkə də bilmədən həyatıma toxunuş edən Anar Axundovun 50 yaşı tamam oldu. Yubiley yaşıdır. Mən sizi təbrik edir, möhkəm cansığlığı, xatirələrlə dolu həyat, karyera yüksəlişi, bundan sonra da minlərlə insanın həyatına toxunuş edəcək qədər ömür arzulayıram. Yubileyiniz mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see262

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see247

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see218

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see205

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see200

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see183

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see152

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see142

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri