Icma.az
close
up
RU
“Ondan danışın ki, Eltonun konsertində niyə Gövhər Həsənzadənin mahnısı yox idi?” FOTO+ÖZƏL

“Ondan danışın ki, Eltonun konsertində niyə Gövhər Həsənzadənin mahnısı yox idi?” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sənətkarın sənəti heç vaxt ölmür ki. Şəraitsizlik olur, ilham pəriləri bəzən istədikləri kimi qanad açıb uça bilmir. Bütün bunlar da şəraitsizlikdən asılıdır. Bir sənətkar üçün şərait yaradılıb, ona diqqət ayrılırsa son nəfəslərinə qədər çalışa bilərlər. Sənətkar çalışmayanda paslanır. Amma çalışdıqca onun istedadı daha da artır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar, əməkdar artist Gövhər Həsənzadə deyib.

O daha sonra yeni yetişdirdiyi gənclərdən də danışıb:

“Əlindən tutub apardıqlarım  mütləq gəlib tamaşaçının zövqünə uyğun layiqli yerdə bərqərar olurlar. Bir də var ki, mahnını verdim, əlimi çəkdim. Belə olan halda o prosses pərakəndə gedir. 15 ildir ki, mən bununla məşğul deyildim. Düşünürdüm ki, mən etmişəm də. Çox adamlar dedilər ki, biz də edərik. Bunu etməyə nə var ki? Mən də fikirləşdim ki, hamının haqqı var da  nəsə yazıb-yaratmağa. Həm tənqidlər, həm iradlar, həm də tələblər çox oldu. Dedilər ki, ay Gövhər, sən etmirsən alınmır, olmur. Çox istedadlı oğlan və qızlarımız var. İmkanımız daxilində əl-ələ verib bir yerlərə çıxmaq istəyirik. Düşünürəm alınar, tamaşaçılara layiqli ifaçılar olarlar. Ən azı 15-20 il aktuallıqlarını saxlayarlar. Mən 1 ildən çoxdur başlamışam dəstəklərimə. Görürəm ki, çox böyük həvəs də var ifaçılarda. Mən hazırladım, televiziyalar görüb dəvət edərlərsə nə xoş mənə” deyə bəstəkar bildirib.

Bəstəkar əməkdar artist Elton Hüseynəliyevdən küsmədiyini bildirib:

“Xeyr, küsmək nədir? Mən Eltondan niyə küsüb gedirəm ki? Münasibətlərimiz əladır. Elton həmişə mənə “səhnədəki mamam” deyə müraciət edir. Ona ərkim var. Eltonun sonuncu konsertində aləm dəymişdi bir-birinə. Biz sadəcə proqramla finalı qurmaq istəyirdik. Bu yaxınlarda bir çəkilişdə mənə dedilər ki, Gövhər xanım siz o qədər mülayim, filan.. Dedim nə? Mülayim? Aparıcı dedi ki, yox, iş prossesində demirik də. O heç. İş prossesində mülayimlik falan yoxdur, çox sərtəm. İşdə keyfiyyətə görə söz-söhbət ola bilər. Bunların hamısı səhnəarxası işlərdir. Elton gözəl sənətkarımızdır. Çox istedadlıdır. 15 yaşından o səhnələrdədir. Ümummilli liderimiz Heydər Əliyevin qarşısına çıxıb oxuyan, sonra səhnəyə gələn müğənnimizdir. Ona ümidlərim də çoxdur. Gözəl, böyük ürək sahibidir. Sadəcə olaraq 1-2 mahnımız var idi ki, onu ərsəyə gətirib başa çatdıra bilmədik. Ondan danışın ki, konsertdə niyə Gövhər Həsənzadənin mahnısı yox idi? Mən özüm proqramdan çıxartdım. Proqram uzun gedirdi, çalışdım ki, korifeylərin mahnıları ifa olunsun. Allah qismət etsə növbəti konsertdə hazırlayıb araya-ərsəyə gətirdiyimiz mahnılarımız da səslənər” deyə bəstəkar bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri