Icma.az
close
up
RU
Ondan zəhləm gedib, imtina etmişəm, hansısa manıs...

Ondan zəhləm gedib, imtina etmişəm, hansısa manıs...

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kinoya nə vaxt dəvət ediblərsə getmişəm. 1-2 dəfə getməmişəm. O qədər istəmişəm ki, o rolu oynayım.. Sadəcə olaraq tərəf müqabilimdən o qədər zəhləm gedib ki, demişəm ki, o adamla filmə çəkilmərəm. Elə-belə açıq da demişəm. Xırda-para işlərə çağırıblar. Amma böyük bir işə yox. Axı bizdə də böyük filmlər çəkilmir. Qısametrajlı filmlərdir çəkilənlər”

Ölkə.az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Gülşad Baxşıyeva deyib.

O daha sonra əlavə edib: “Dəvətdən də çox şey asılıdır da. Əlbəttə ki, ssenari də, qonorar da, tərəf müqabili də məni qane etməlidir. Bir də görürsən hansısa manıs sponsorluq edib film çəkir. Deyir ki, biz istəyirik sizi çəkək və s. və ilaxır. 2 saat danışır, danışır, danışır. Bu qeyri-peşəkar yanaşmadır. O artıq danışanda ki, belə olacaq, filankəslər çəkiləcək, mən artıq istəmirəm. Ən axırda deyir ki, hə, indi qonorardan danışaq. Mən də deyirəm ki, filankəs, aktyora birinci qonorarı de, sonra sujeti danış (gülür). Belə-belə oldu sonra məni çağırmadı. Zatən mən heyfslənmirəm də. Tanıdığım-bildiyim adamlar var, bəzən filmə çəkirlər məni. Qısametrajlı filmdir, amma qəhrəman mənəm də. Elə sujetlər var ki, yıxıla bilərəm, boynum qırıla, dizim sına bilər. Yaxud da soyuq suyun altında dayanım və s. Baxırsan sənə elə pul verirlər ki.. Heç ona dəyməz. Bir çəkiliş var idi, 2 gününə 300 manat verirdilər. Qonorarın az olduğunu bildirəndə dedilər ki, sifarişdir. Mən də dedim ki, sifarişə yaxşı pul verirlər. O dəqiqə başladı ki, Gülşad xanım, bilirsiz…? Qoymadım sözünü sona çatdırsın. Dedim ki, bəli, bilirəm. Aktyora bu cür yanaşmaq olmaz”.

Gülşad Baxşıyeva Rusiyada çəkilən serialdan imtina etməsinin səbəbini də izah edib:

“Bir dəfə Rusiya kanalı məni dəvət etdi. Qəşəng serial çəkirdilər. Orada mən bir türk qadınını oynamalı idim. Qadın təxminən 70 yaşında idi. Elə mənim kimi.. Həmin qadın həm rus, həm də türk dilində danışmalı idi. Mən o dəqiqə dedim ki, türkcə bilmirəm. Doğurdan bilmirəm də. Dedilər ki, ssenariyə baxın, götür-qoy edin. Moskvadan ssenarini mənə yolladılar. Oxudum.. Ruscanı oxuyan kimi nəsə söz yadımdan çıxsa belə vəziyyətdən çıxa bilərdim. Çünki məzmunu bilirəm. Türkcə nə qədər etdim beynimə girmədi. Qəribə sözləri var idi.. Bu gün də türk seriallarına baxanda onların dillərini başa düşmürəm. Bəzi sözləri çıxmaq şərtilə. Həmin çəkilişdən imtina etdim. Sonradan deyiblər ki, mən türkcə danışsam da Moskvada onu rus dilinə dublyaj edəcəklər. Dedim ki, bunu əvvəlcədən deyərdiniz də. Azərbaycan dilində danışardım, sonradan dublyaj edərdiniz. Amma universitetdə uşaqlar var. Bir də görürsünüz ki, kinorejissorlar, operatorlar film çəkir. Dəvət edirlər, öz tələbələrimizdir də. Gedirik də, çəkilirik də. 2-3gün. Söhbət puldan getmir. Heç bir müəllim maddiyatı düşünmür. Amma neçə vaxtdır heç kim dəvət etmir. Baxıram çəkilişlər gedir. Yəqin mənim sifətdə adam lazım deyil də kinoya.. Bəlkə onlar başqa bir ana görürlər. Mən belə düşünürəm. Dəvət olunmuram. Sözün düzü heç üzülmürəm də. Çağırmır çağırmasın da… Mənə nə? Çağırsalar gedib çəkilərəm”.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri