Icma.az
close
up
RU
Önder Karaveli Qarabağı ziyarət etdi

Önder Karaveli Qarabağı ziyarət etdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli klubun bazasını ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, türkiyəli mütəxəssis klubun baş direktoru Emrah Çelikellə görüşüb. Ona "Qarabağ"ın formasını hədiyyə edilib. Türkiyənin bir sıra klublarında, o cümlədən “Beşiktaş” və “Trabzonspor”da çalışmış mütəxəssis fikirlərini "Qarabağ"ın rəsmi saytına açıqlayıb:

“Türkiyədə yaşasam da, özümü hər zaman "Qarabağ" ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. “Qarabağ”da çox gözəl günlər keçirmişəm. O zamandan bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, “Qarabağ”ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğum üçün çox şadam. “Qarabağ”ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır. Qurban Qurbanova böyük hörmətim var. Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. “Qarabağ”ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, “Qarabağ” hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, öz təşkilatçılığı, idarəçiliyi, öz əsas komandası ilə nümunə sayılan “Qarabağ”in bunun lokomotivi olacağını düşünürəm”.


Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər "Qarabağ"da çalışıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri