Icma.az
close
up
RU
One size dən oversize kişi modelinə necə tərəqqi etdik?

One size dən oversize kişi modelinə necə tərəqqi etdik?

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizim milli düşüncədə kişi fiquru fərqlidir, özəldir, ucadır. Lap kiçikliyimizdən bizə kişi fiqurunun əhəmiyyəti, ailədəki yeri, vəzifələri, öhdəlikləri haqqında çox danışılıb, öyrədilib. Evdə böyüklərimiz, məktəbdə müəllimlərimiz, efirdə filmlərimiz zehnimizdə milli kişi obrazı yaradıb. Biz kişinin - atamızın, babamızın, həyat yoldaşımızın əyilməz, sınmaz, yenilməz olduğunu eşidə-eşidə, görə-görə yaşamışıq. Xüsusilə oğlanların tərbiyəsində əhəmiyyətli imzası olan kişi müəllimlərimizdən dərs almışıq, atamızın sözü ailə konstitutsiyası olub, babamızın sözü nəslin qanunu olub. Sözü kişilər söz xətrinə deməyib, söz bir ailənin, bir nəslin diriliyini mühavizə edib.

Çox rastlaşıram, gənc nəsil çox iddialıdır bu məsələdə, “20-30 il əvvəl qadının ailədə söz haqqı yox idi, kişi dediyi ilə razılaşmağa məcbur idi” deyirlər. Qadının söz haqqı bütün dövrlərdə mübahisəli məsələlərdən olub, o dövrdə də, indi də qadını ikinci növ insan kimi görən zehinlər olub, bu baxış tərzinin dövrlə, zamanla, vaxtla əlaqəsi yoxdur.

Amma kişi sözü zamanla çox tranformasiyaya uğradı. Əvvəllər çox kişilərin sözü “kişi sözü” idi – həyat yoldaşını alçaltmayan, ailəsinin rifahına xidmət edən, övladlarının təhsilinə can qoyan kişilərin sözü, bir sözü bir möhürdən, bir qanundan daha ağır çəkili olan, yeməyən yedirən, içməyən içirən, geyməyən geydirən ataların sözü nə nə mənada ağır ola bilərdi ki?

Müqayisə edirəm çox şeyi, dövrün qadınına “sən güclüsən” deyə-deyə ərindən, ailəsindən uzaqlaşdıran cərəyanlar daha çox kişilərin ailədə, cəmiyyətdə rolunun azalmasına, özünü yetərsiz, qədərsiz hiss etməsinə xidmət etmədimi? Ərindən çox qazanan, ərindən daha yaxşı iş tapa bilən qadınlara ailəsi ilə hesablaşmamağı, ər ilə məsləhətləşməməyi öyrətmədilərmi ona güc vəd edənlər? Qadınlar var ki, bu tələyə düşmədi, həyat yoldaşını yem etmədi bu cərəyanlara, qazancını ər qazancından ayırmadı, işsiz qalan ərini xor görmədi, ərini rəzil, yox vəzir etdi.

Amma qadınlar da var ki, güc, iş adı altında mənən çökdü. Qadınlar məmnundurmu bu halından? Deyillər. Qadının yükü artdı gücləndikcə. Onun qoltuğunun altına qoşa qarpız qoyanlar qarşısında öhdəlikləri çoxaldı. Həm çöldə, həm evdə iş yükünün altında əzildikcə əzildi. Kişilərə iş verməyən sistemdə əri iş tapa bilməyən qadınlar ailənin bütün yükünü çiyninə almalı oldu. Evdən məktəbə, məktəbdən bağçaya, bağçadan işə, işdən dükan-bazara, oradan da evə qaçmaqla keçir müasir və güclü qadının günü. 1 işi 10 olan qadın razıdırmı vəziyyətindən? Onun gətirdiyi pulun, qazancın altında isə kişilər əzildi – pul qazana bilmədiyi üçün ailədə söz haqqını itirdi zamanla, ailə büdcəsi bir əldə cəmləndi, atalar uşaqlarına xərclik verə bilmədi, beləcə onların gözündə cılızlaşdı, kiçildikcə kiçildi.

Bütün sosial araşdırmalar, bütün dəstəkləyici proqramlar qadınların ətrafında cəmləşdi, kişilər köməksiz, dəstəksiz qaldı bu proseslərin fonunda. Dedilər ki, “kişidir, bacarar”, “kişidir, öhdəsindən gələr”, “kişilərə həyat asandır”. Kişilər iş tapa bilmədi, kişilər qazanc gətirə bilmədi, kişilər kölgədə qaldı, kişi fiquru silindi yavaş-yavaş zehnimizdən. Övladının gözünün içinə baxa bilməyən ataların sayı artdı zamanla.Yazıqlaşdırdılar dağ kimi milli kişi obrazını.

Bu bizə nə "qazandırdı"? Güclü qadınlar və təməli sarsılmış ailə modeli. Nikahsız ittifaqlar və atasız doğulan uşaqlar. Bütövlüyü itirilmiş ailələr və boşanma statistikasındakı yüksək şkala. Kişilik anlayışı sıxışdırıldıqca cəmiyyət yönünü, istiqamətini itirdi, kişilər kölgədə qaldıqca dəyərlər aşındı. Qadınlar istəmədən yönünü dəyişdi, kimə, nəyə xidmət etdiklərinin fərqində olmadan gender, feminizm tələsinə düşdülər. Ailəsini o cərəyanlara qurban verənlərin sayı hər gün artdı, qurban verməyənlərə isə çevrəsindəki qadınların stiqması yükləndi.

Kişilərin və kişilik anlayışının nüfuzu geri qaytarılmalıdır. Kişi sözünə güvənilən, etibar edilən cəmiyyət təkrar formalaşmalıdır. Sözü möhür, vədi imza olan kişilər getdikləri yerdən geri qayıtmalıdır. Arvadı başqa kişiyə qoşulub qaçan, efirə çıxıb ona xəyanət edən arvadına yalvaran, körpə uşağa tamah salan, təcavüz edən, evli ikən qız qaçıran, qonşu gəlinə göz qoyan, gəlininə sataşan “kişi”lərin artdığı cəmiyyətdə tab gətirmək getdikcə daha da çətinləcək bizim üçün. Çünki qadınlar əsl kişi görmək istəyir yanında, ailəsində, çevrəsində, cəmiyyətdə. Qadınlar güvənmək istəyir – namununa sataşmayacaq, ona göz qoymayacaq, yoluna daş düzəcək yox, yolunu hamarlayacaq kişilərə. Başqasının namusuna sataşmayan, evli qadını gözünə kəsdirməyən, başqa qızlara da öz qızı, bacısı kimi davranan kişilərin soyqırımı dayanmasa hamı üçün çətin olacaq yaşamaq.

19 noyabr Ümumdünya Kişilər Günüdür: güclü olduğu üçün güc tətbiq etməyən, müasir “kişilik anlayışı”nın əyinlərinə dar gəldiyi, sözdə yox, əməldə kişi olanların günü. Güclü olmaq onlara baha başa gəlir, həm öz yüklərindən, həm də cəmiyyətin onların boyuna biçdiyi rolun yükündən şikayətlənmirlər amma. İndi sözün bütün mənalarında həqiqi kişi olmaq da çətindir. Onlar zamana, dövrə, vəziyyətə görə “oversize” ola bilmirlər, "one size" olurlar çünki, kişilik xarakter məsələsidir çünki...

Yaxşı kişilər - atalar, babalar, əmilər və dayılar, ərlər və övladlar yaxşı ki, var...

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri