Onkoloq xərçənglə bağlı üç məşhur mifi darmadağın etdi
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Dəri xərçəngi və xüsusilə onun ən təhlükəli növü olan melanoma haqqında cəmiyyətdə bir çox yanlış təsəvvürlər mövcuddur. İnsanlar çox vaxt xəstəliyin ilkin əlamətlərini düzgün qiymətləndirmədiyi üçün həkimə gec müraciət edirlər.
Demokrat.az xəbər verir ki, onkoloq Maqomed Səlimanov dəri xərçəngi ilə bağlı ən yayılmış üç mifə aydınlıq gətirib.
Mütəxəssis ilk növbədə xərçəngin mütləq ağrı ilə müşayiət olunması barədə fikirlərin yanlış olduğunu bildirir. Onun sözlərinə görə, erkən mərhələlərdə xəstəlik insanı heç bir şəkildə narahat etmir. Ağrılar adətən şiş daha dərin toxumalara yayıldıqdan sonra, yəni ikinci və ya üçüncü mərhələlərdə başlayır. Buna görə də bədəndəki xallarda hər hansı dəyişiklik müşahidə edildikdə ağrının başlamasını gözləmədən həkimə getmək lazımdır.
Digər bir geniş yayılmış inanc isə xalın zədələnməsinin mütləq xərçəngə səbəb olmasıdır. Həkim qeyd edir ki, təsadüfi kəsik və ya zədənin melanoma yaratmasına dair heç bir ciddi sübut yoxdur. Əgər zədələnmiş xalın yerində şiş aşkarlanırsa, bu, prosesin daha əvvəldən mövcud olduğunu və mexaniki təsirin sadəcə simptomları sürətləndirdiyini göstərir. Onkoloq həmçinin bədəndə xalların çox olmasının mütləq xərçənglə nəticələnəcəyi fikrini də təkzib edib. Bu cür insanlar sadəcə risk qrupuna daxildirlər və dərilərinə qarşı daha diqqətli olmalıdırlar.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Onkoloq kimyaterapiya ilə bağlı üç əsas mifi açıqladı
05 Avqust 2026 10:12
Həkim onkoloq Azərbaycanda xərçənglə bağlı vəziyyəti açıqladı: “Birinci yerdədir” MÜSAHİBƏ
13 İyun 2025 15:56
Bu qidalarla bağlı onkoloq çağırış ETDİ
13 Yanvar 2026 20:39
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...
15 Noyabr 2024 17:48
Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini açıqladı
16 Noyabr 2024 23:13
Baxış sayı:171
Bu xəbər 16 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları