Onlar ABŞ nin rəğbətini qazanmaq üçün mübarizə aparmamalıdırlar
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Böyük dövlətlər arasında qlobal rəqabət qarşısında kiçik və orta ölçülü ölkələr ABŞ-nin xeyrinə mübarizə aparmamalıdırlar. Əksinə onlar müttəfiqlərlə birləşərək alternativ güc mərkəzləri yaratmaqla təsirlərini gücləndirə bilərlər.
"Ölkə.az" xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bildirib.
İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdən sonra Dublindəki Triniti Kollecində çıxış edən Karni orta gəlirli ölkələrin ortaq dəyərləri paylaşan tərəfdaşlarla əlaqələri möhkəmləndirib güclərini artıra biləcəklərini vurğulaıb.
O qeyd edib ki, Kanada və Avropa Birliyinin əhali, iqtisadiyyat və müdafiə xərcləri baxımından birgə potensialı dünyanın ən böyük oyunçuları ilə müqayisə edilə bilər ki, bu da onlara müstəqil blok kimi çıxış etməyə imkan verir.
Karni yeni dünya nizamının Avropadan başlayaraq formalaşacağını bildirib. O, Kanadanın Aİ ilə əməkdaşlığını dərinləşdiəcəyini, Avropa müdafiə təşəbbüslərində iştirak edəcəyini və iqtisadi əlaqələri genişləndirəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 İyun 2026 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















