Paşinyanın Moskvanın rəğbətini qazanmaq üçün dərindən qabıqdan çıxması ziddiyyətlidir
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Son yarım ayda Avrasiya İqtisadi İttifaqının fərqli formatlı toplantılarında Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə təşəkkür edib.Təşəkkür mövzusu Azərbaycan tərəfindən Ermənistanın daşınan yüklərinə qoyulan qadağaların aradan qaldırılması və ikitərəfli ticarətdə atılan ilk addımla bağlıdır".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisdə müzakirələr zamanı dedi.
Deputat bunu Azərbaycan üçün xeyirxahlığın nəticəsi kimi qiymətləndirib və qeyd edib ki, tərəfdən ilk dəfə adekvat reaksiya görünür.
O, eyni zamanda Ermənistanın ziddiyyətli mövqeyinə diqqət çəkib. Sahib Əliyev bildirib ki, Paşinyan Qərb platformalarında Azərbaycanın göstərdiyi təşəkkürü unutmağa üstünlük verir, eyni zamanda Qarabağ məsələsini beynəlxalq səviyyəyə daşımaq və ikitərəfli platformada əldə olunan razılaşmaları sanki nəzərə almamaq kimi selektiv davranış nümayiş etdirir:
"Bir tərəfdən Üçmüədzindəkiləri Rusiyaya xidmətdə suçlandıran, onlara təzyiq göstərən, üç arxiyepiskop, bir yepiskopu həbs etdirən Ermənistan Baş nazirinin digər tərəfdən Moskvanın rəğbətini qazanmaq üçün dərindən-qabıqdan çıxması, Rusiyada keçirilən ikinci-üçüncü dərəcəli tədbirlərə belə böyük həvəslə qatılması ziddiyyətlilik deyil də, nədədir? Bu, əlbəttə onların öz işidir. Sadəcə ona görə xatırladıram ki, baş aldatdıqlarını düşünürlərsə, yanılırlar. Azərbaycan xalqı bunu da gözəl dərk edir və onu da bilir ki, Ermənistana nə böyük qazanc güdməsi səbəbindən benzin satılmasına razılıq verib, nə də bu onların təşəkkürünə ehtiyac duyduğumuz üçündür. Azərbaycan bununla bir daha göstərir ki, Brüsseldədilər ya qulağımızın dibində, fərqi yoxdur, hər hansı güc İlham Əliyevin regiona gətirdiyi sülhə qarşı hərəkətə keçdiyi təqdirdə biz də seyirçi qalmayıb, gərəkən əks-tədbirləri görürük və görəcəyik".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















