Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Onlar anti Vətən xislətlərini yenə də biruzə verdilər...

Onlar anti Vətən xislətlərini yenə də biruzə verdilər...

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan müqəddəs gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Bu il xalqımızın Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin altıncı ildönümünü qeyd etdiyini deyən millət vəkilinin sözlərinə görə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misli görünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir:

“Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa qalibiyyətidir. Məhz Şuşa şəhərinin işğaldan azad edilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Zəfər Günü kimi əbədiləşdirilib, şanlı tariximizin ən qürurverici təqviminə çevrilib. Ata vəsiyyətini layiqincə yerinə yetirən cənab Prezidentin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.

Əlbəttə, Zəfərimizin qazanılması 44 günə ərsəyə gəlsə də, bu qürurverici tarixi salnamənin, müqəddəs yolun əsası Ulu Öndərimiz tərəfindən qoyulmuşdu. Onun möhkəm təməl üzərində formalaşdırdığı peşəkar və intizamlı ordu quruculuğu cənab İlham Əliyevin unikal məharəti və qətiyyəti sayəsində ən qüdrətli mərhələyə yüksəldi. Dövlət başçısı fəaliyyətinin ilk günündən ölkəmizin bir nömrəli taleyüklü problemi olan torpaqlarımızın erməni işğalından azad edilməsi üçün iqtisadi potensialımızı nümunəvi ordu quruculuğuna və bu ordunun qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəltdi.

“Güclü iqtisadiyyat-güclü dövlət” arxitekturası üzərində “Güclü Ordu” strategiyası Silahlı Qüvvələrimiz tamamilə Qələbə ruhuna hazırladı. Eyni zamanda, respublikamızın iqtisadi-enerji potensiallarının artması, dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi və saysız dost ölkələr qazanması, habelə özünün enerji-tranzit imkanlarından məharətlə istifadə etməsi geosiyasi dividentlər və diplomatik cəbhədə üstünlüklər qazandırdı. Bu mükəmməl siyasi hücum taktikası sayəsində qlobal birlikdə Ermənistanın işğalçı siması tamamailə təsdiqləndi.

Zəfər missiyasını hər bir azərbaycanlı özü üçün müqəddəs amal və borc hesab edərək bu şərəfli yolda Ali rəhbərinə sığındı, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik, mütəşəkkillik və yetkinlik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər ünvanlaması, Onun ətrafında sıx birləşməsi ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hamının bir cəbhədə və səngərdə olmasını təsdiqlədi. Bu çətin günlərdə və taleyüklü məsələlərdə yenə də milli xainlər, xarici ölkələrə qulluq edən satqınların kimliyi də gizli qalmadı. Çox təəssüf ki, AXCP, Müsavat Partiyası və “Milli Şura” kimi ünsürlər həmrəylik hərəkatına qoşulmamaqla anti-Vətən xislətlərini yenə də biruzə verdilər”.

Samir Vəliyev qeyd edib ki, Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də birgünlük uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin, separatizmin mövcudluğuna son qoyaraq 86,6 min kv.km ərazisində suverenliyimizi tam bərqərar etdi:

“Bu gün isə Azərbaycan dövləti hərb meydanında qazandığı inamlı qələbələri azad əraziləri bərpa etməklə davam etdirir, quruculuq missiyası böyük miqyas almaqla bölgədə əbədi sülh və firavanlıq yaratmaqdadır. Eyni zamanda, regionun geosiyasi landşaftını dəyişən Azərbaycan trans-kontinental tranzit-logistika şəbəkələri qurmaqla Asiya və Avropanı birləşdirən nəhəng əməkdaşlıq körpüləri inşa edir ki, onların ən böyük sütunlarından biri Zəngəzur dəhlizidir. Ölkəmiz geniş əməkdaşlıq, sülh və rifah dəhlizinə çevirdiyi Zəngəzur koridorunu bərqərar etməklə dünyadan təcrid olunmuş, qlobal logistika və tranzitlərə qapısı bağlı olan Ermənistanı da bu həmrəylik ailəsinə qoşmağa çalışır. Rəsmi İrəvan onun üçün açılmış bu tarixi fürsəti dəyərələndirərək Azərbaycanla sülh sazişi imzalamaqla həm bölgədə firavan həyat quruculuğunda yer ala, həm də əbədi təhlükəsiz səadətini qura və inkişaf edə bilər. Cənab Prezidentin də bəyan etdiyi Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

“Artıq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Cənubi Qafqaz dayanıqlı sülh və əməkdaşlıq astanasındadır. Bu tarixi nailiyyəti isə xalqımıza qazandıran, şanlı ordumuzun gücü, şəhidlərimizin, qazilərimizin qanı-canı hesabına əldə edilən tarixi Zəfər Günüdür!” – deyə, Samir Vəliyev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri