Onlar bir birinə qardaşdan da yaxındırlar Hakan Fidan
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birlikdə əks olunduqları fotonu şərh edib.
Axar.az xəbər verir ki, şəkil Antalya Diplomatiya Forumu çərçivəsində çəkilib.
Forumun yekunlarına dair keçirilən mətbuat konfransında çıxış edən Fidan bildirib:
"Əslində bu, bütün dünyaya qardaşlıq həmrəyliyi mesajıdır".
Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, üç lider arasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır.
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar. Bu, eyni zamanda onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq duyğularının təzahürüdür", - deyə o vurğulayıb.
Baxış sayı:138
Bu xəbər 19 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















