Icma.az
close
up
RU
Onlar bu cür müstəqilliyi yalnız xəyal etmişdilər...

Onlar bu cür müstəqilliyi yalnız xəyal etmişdilər...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramazan ayı İslam dinində 11 ayın sultanı sayılır. Azərbaycanda isə 11 ayın sultanı şübhəsiz ki, may ayıdır. Təkcə ona görə yox ki, bu ayda ölkəmizin bütün bölgələrində iqlim çox əlverişli və xoşagələn olur. Həm də və ən əsası ona görə ki, tarixdə Azərbaycan adlı ilk dövlətimiz, Şərqin ilk demokratik respublikası məhz mayda doğulub.

Doğrudur, uzun illər biz may ayından küsmüşdük. 8 may 1992-ci ildə Şuşanın işğalı bizim bu aya münasibətimizi dəyişmişdi. Bu küskünlük o dərəcədə idi ki, əlimizdə imkan olsaydı, 8 may tarixini təqvimdən silər, 7 maydan birbaşa 9 maya keçid edərdik və bu düşüncəmiz nə az, nə çox - düz 28 il 6 ay davam etdi. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə mayla küskünlüyümüzə son qoydu, bir növ bizi barışdırdı.

İndi geri dönüb o illəri xatırlayarkən düşünürük ki, nə yaxşı may həm də Ulu Öndər Heydər Əliyevin dünyaya gəldiyi aydır. Azərbaycanın zəif, gücsüz, pulsuz və ordusuz vaxtlarında Heydər Əliyevin hər çıxışında səsləndirdiyi “gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq” fikri xalqın gələcəyə inamını necə qoruyub saxlayırdısa, doğum gününün maya təsadüf etməsi də Cümhuriyyət ayımıza bir başqa rəng qatırdı.

Elə Cümhuriyyətimizin qurucu babaları da mühacirətdə keçirmək zorunda qaldıqları həyatlarını Heydər Əliyev kimi Azərbaycanın parlaq gələcəyinə – müstəqilliyimizi bərpa edəcəyimizə, dünya xalqları içərisində imzamızın olacağına inamla başa vurmuşdular. Görünür, liderlik, böyüklük və zamanı qabaqlamaq həm də budur. Böyük Mustafa Kamal Atatürk necə deyirdi?

“Böyüklük odur ki, heç kimsəyə iltifat etməyəcəksən, kimsəni aldatmayacaqsan. Məmləkət üçün gerçək ideya nədirsə, onu görəcək, o hədəfə yürüyəcəksən. Hər kəs sənin əleyhində bulunacaq. Hər kəs səni yolundan çevirməyə çalışacaq. Önünə saysız-hesabsız çətinliklər yığacaqlar. Özünü böyük deyil, kiçik, zəif, vasitəsiz, heç kim sayaraq, kimsədən yardım gəlməyəcəyinə inanaraq bu çətinlikləri aşacaqsan. Ondan sonra sənə “böyüksən” deyərlərsə, bunu deyənlərə də güləcəksən”.

Bu sətirləri yazarkən 108 yaşlı dövlətimizin ötən müddətdə sözün yaxşı mənasında haradan haraya gəldiyini düşünməyə bilmirsən. Müstəqilliyimiz Bakıda deyil, Tiflisdə elan olunur. Bakı işğal altında olduğu üçün hökumət Gəncəyə köçmək məcburiyyətində qalır. Paytaxtı azad etmək üçün Osmanlı Türkiyəsindən yardım istənilir və Qafqaz İslam Ordusu Gəncəyə varid olmasından üç aydan çox müddət keçdikdən sonra Bakını azad edir. 

İki il keçməmiş ermənilər Qarabağda gənc Azərbaycan dövlətinə qarşı silahlı qiyam qaldırırlar. Hökumət qiyamı yatırmaq üçün ordunun böyük hissəsini Qarabağa yönəldir. Sərhədlərin müdafiəsiz qalmasından istifadə edən bolşevik Rusiyası zirehli qatarla dövlət sərhədimizi keçib Cümhuriyyət hökumətini devirir və müstəqilliyimizə son qoyur.

71 il müstəqil dövlətsiz yaşayırıq. 1991-ci ildə müstəqilliyimizi bərpa etsək də, mahiyyətcə birinci müstəqilliyimizə oxşar tale ilə üzləşirik – yenə erməni separatizmi ilə üz-üzə, gücsüz, pulsuz və ordusuz. İki il ərzində 2 prezident, 2 prezident əvəzi dəyişməyimiz ölkədə siyasi stabilliyin hansı səviyyədə olduğunu göstərir. Qarabağda qısamüddətli hərbi uğurları qəfildən məğlubiyyətlər seriyası izləməyə başlayır. Üstəlik, beynəlxalq ictimaiyyət Azərbaycana Cümhuriyyət dövründəki kimi riyakar münasibət nümayiş etdirir – Paris Sülh Konfransında bolşevik Rusiyasının qorxusundan Azərbaycanın müstəqilliyini de-yure tanımaqdan imtina edərək de-fakto tanımaqla kifayətlənənlərin nəvələri 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı bədnam “907-ci düzəliş”i qəbul edir, Fransa başda olmaqla Avropa ölkələri hərbi təcavüzlə üzləşən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edirlər.

Belə bir məqamda Əbülfəz Elçibəy hakimiyyətinin SSRİ-dənqalma rus ordusunu Azərbaycandan çıxarmaq qərarı Moskvanın səbrini daşırır. Dərhal düyməyə basılır və Cümhuriyyətimizin ilk paytaxtı olan Gəncədə cəmi 2 yaşı olan müstəqil dövlətimizə qarşı hərbi qiyam təşkil olunur. Prezident Elçibəy vətəndaş müharibəsinin qarşısını almaq üçün vəziyyətdən çıxış yolunu 13 il Sovet Azərbaycanına rəhbərlik etmiş Heydər Əliyevi Bakıya dəvət etməkdə görür, özü isə doğulduğu kəndə yollanır.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı SSRİ adlı imperiyanın xarabalıqları altından dartıb çıxarmalı, ona yenidən nəfəs verib canlandırmalı və müstəqilliyimizi qorumalı idi. Bu, Tanrının onun taleyinə yazdığı missiya idi. Amma bəzən missiyanı təkcə Tanrı yazmır, özünü ayı və şir sayan “qonşular”ın da, özünü beynəlxalq ictimaiyyətin “ağsaqqalı” görənlərin də əlində “qələm” olur. Nəticə isə çox ağır oldu: biri təcavüzkara 1 milyard dollarlıq silah-sursat verib Azərbaycan torpaqlarını işğala həvəsləndirdi, ərazimizin 20 faizi əlimizdən getdi, 1 milyon vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü, digəri ölkəmizdə əlavə separatçılıq ocaqları yaratmağa cəhd etdi, başqa birilərini qandırmaq üçün Heydər Əliyev xəritə qarşısında coğrafiya dərsi keçmək məcburiyyətində qaldı. Tarixdə eyni vaxtda taleyinə bu qədər missiya yazılmış neçə lider olub ki? Amma Heydər Əliyev yorulmadı, həm ev-eşiyini itirmiş soydaşlarımıza həyan oldu, həm yeni hərbi qiyamların qarşısını aldı, həm ATƏT-in Minsk qrupunun təslimçilik təkliflərini rədd etdi, həm rus ordusunun yenidən Azərbaycana qayıtmaq cəhdlərinin qarşısını aldı, həm də xalqın gələcəyə inamını bərpa etdi.

2003-cü ildə prezident seçilən İlham Əliyev Heydər Əliyevin qoyduğu bu təməllər üzərində Azərbaycanı yeni mərhələyə daşımalı idi. O, ilk andiçmə mərasimində Azərbaycan xalqına “Mən bütün dünya azərbaycanlılarının Prezidenti olacağam”, “Azərbaycanda bircə çadır şəhərciyi də qalmayacaq”, “Gün gələcək, Şuşada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanında keçirilən Zəfər paradına gətiriləcək”, “İşğal altındakı hər bir şəhərimizdə, hər bir kəndimizdə Azərbaycan Bayrağı dalğalanacaq”, “Məcburi köçkünlərimiz məni öz evlərində qarşılayacaq” vədlərini verdi. 42 yaşlı bir gəncin bu sözləri o zaman çoxumuza əlçatmaz görünsə də, vəd sahibi nə dediyinin fərqində idi. Və dediklərinin hamısını da həyata keçirdi.

Qarabağı işğaldan azad edən ordunu İlham Əliyev qurdu, onu ən müasir silahlarla İlham Əliyev təchiz etdi.

Qarabağda müharibəyə başlamaq üçün əlverişli beynəlxalq şəraiti İlham Əliyev yetişdirdi. 
De-yure 35 ildən, de-fakto 100 ildən çox Ermənistanın nəzarətində olan Qarabağda Azərbaycanın dövlət suverenliyini İlham Əliyev bərpa etdi. Həm də soyqırımı törətmədən, etnik təmizləmə aparmadan, mülki şəxsləri hədəf almadan, qadın və uşaqları qətlə yetirmədən.

Qarabağ münaqişəsinin taleyini Azərbaycanın suverenliyi və müstəqilliyi məsələsində İlham Əliyevin güzəştsiz mövqeyi həll etdi. Məhz bunun nəticəsi idi ki, Bakıda çay içmək arzusunda olan separatçıların liderləri əli qandallı paytaxtımıza gətirildilər.

İlham Əliyev tarixə təkcə Qarabağı Azərbaycana birdəfəlik qaytaran lider kimi deyil, həm də rus ordusunu Azərbaycandan iki dəfə çıxaran rəhbər kimi düşdü. İlk dəfə 1722-ci ildə I Pyotrun Xəzərsahili vilayətlərə birinci yürüşü ilə Azərbaycana qədəm qoyan rus ordusunu İlham Əliyev 2012-ci ildə Qəbələdən, 2024-cü ildə isə Qarabağdan çıxardı. O, azərbaycanlıların arzuladıqları, amma reallaşmasına inanmadıqları iki böyük tarixi nailiyyətə cəmi 3 ilyarım ərzində imza atdı: ermənisiz Qarabağ və rus əsgəri olmayan Azərbaycan. Bu onun tarix və gələcək nəsillər qarşısında ƏN BÖYÜK XİDMƏTİ və ƏN BÖYÜK ƏSƏRİdir.

7 fevral 2024-cü il Prezident seçkiləri ərəfəsində Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə “Sizcə, babanız sağ olsaydı, bu seçkilərdə kimə səs verərdi?” sualına belə cavab vermişdi: “İlham Əliyevə”. Bu gün Cümhuriyyətimizin qurucu babalarının Bakının mənzərəli yerlərində süni intellektlə hazırlanmış videolarını izləyərkən həmin cavabı bir daha xatırladım. Çünki İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə təkcə Heydər Əliyevin deyil, həm də Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əbülfəz Elçibəyin arzularını reallaşdırdı. Onlar bu cür MÜSTƏQİL AZƏRBAYCANI yalnız xəyal etmişdilər. Müstəqillik Günümüz mübarək!

Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 May 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri