Icma.az
close
up
RU
Onlar da icbari tibbi sığorta hesabına müalicə oluna bilər

Onlar da icbari tibbi sığorta hesabına müalicə oluna bilər

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün, 10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi, həm də ictimai rifahın əsasını təşkil edir.

“Qafqazinfo” xəbər verir ki, psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan alkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusu xüsusilə aktuallıq kəsb edir.

ÜST-ün statistik göstəricilərinə əsasən dünyada təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isə psixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqol asılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən alkoqol sinir sisteminə toksiki təsir etməklə beyində neyronların normal fəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq, yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və digər halların yaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən 45–50%-i həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularla qarşılaşır.

Alkoqolun psixoloji təsirləri yalnız fərdin emosional vəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əmək qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərin diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına alınıb.

Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və ya çox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sisteminin fəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixi pozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressiv davranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar və digər simptomlarla göstərə bilər.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqol mənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərə həkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstəriş olduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionar tibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiya prosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığorta hesabına həyata keçirilir.

Diaqnostika mərhələsində müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvi analizi, elektrolit balansının və qaraciyər funksiyalarının qiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya) və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindən qiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.

Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətini stabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixoloji təsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısını almaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar, vitamin və minerallar, antidepresantlar və psixoterapevtik dəstək tədbirləri tətbiq olunur.

Qeyd olunanlardan əlavə icbari tibbi sığortanın ilkin tibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün, narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu içkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyata keçirilir.

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icra olunur.

Mütəxəssislər vurğulayır ki, alkoqol mənşəli psixi pozuntuların qarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir. Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stress və psixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi sürmək və sosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur. Həmçinin, alkoqol asılılığı və ya davranış dəyişiklikləri əlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqa müraciət etmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri