Hemofiliyalı xəstələr icbari tibbi sığorta vəsaiti hesabına müalicə olunacaqlar
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hemofiliya irsi qan xəstəliyi olan şəxslər icbari tibbi sığorta vəsaiti hesabına müalicə olunacaqlar.
Teleqraf xəbər verir ki, bununla bağlı “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş
şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik təklif olunur.
Qanun layihəsi 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















