Icma.az
close
up
RU
Onlar danışır, dünya susur: Məhkəmədə ifadə verən yaralılar və görünməyən ədalət

Onlar danışır, dünya susur: Məhkəmədə ifadə verən yaralılar və görünməyən ədalət

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan məhkəmə zallarında sadəcə ifadə alınmır bir millətin yaddaşı dinlənilir, bir xalqın ağrısı danışılır. Ermənistanın hərbi təcavüzü nəticəsində yaralanmış, əsir düşmüş və amansız işgəncələrə məruz qalmış azərbaycanlı mülki və hərbçilər, nəhayət ki, dövlətin və beynəlxalq hüququn önündə öz həqiqətlərini dilə gətirirlər.

Bu insanlar sadəcə fiziki deyil, mənəvi yaralarla yaşamağa məhkum ediliblər. Onlar indi danışırlar hansı ağrını, hansı zülmü çəkdiklərini, necə alçaldıldıqlarını, əsirlikdə insan ləyaqətindən necə məhrum edildiklərini bir-bir məhkəməyə təqdim edirlər.

Amma dünya eşidir? Baxır? Reaksiya verir?

İfadələr tükürpədicidir. Biri deyir: “Məni qışın soyuğunda ayaqyalın saxladılar.” Digəri deyir: “Cəsədlərin yanına bağladılar, günlərlə susuz qaldım.” Başqa biri isə “insan olmadığımı sübut etməyə çalışırdılar” deyir.

Bu hadisələr artıq sənədli filmlərə, hesabatlara, hüquqi sənədlərə çevrilib. Hətta bəzi beynəlxalq təşkilatlar öz hesabatlarında Ermənistanın əsirlərə qarşı Cenevrə Konvensiyasını pozduğunu qeyd edib. Lakin bu faktlar hüquqi hərəkətə çevrilmir, beynəlxalq məhkəmələrin masasına real nəticə kimi oturmur.

Bəziləri deyəcək: “Beynəlxalq ictimaiyyət susur, çünki geosiyasət var.” Bəli, dünya ikiüzlüdür. Hüquq yalnız güclünün əlində silaha çevriləndə işləyir. Əgər bu hadisələr başqa bir regionda baş versəydi, yəqin ki, beynəlxalq tribunal artıq qurulmuşdu. Amma Cənubi Qafqazda baş verənlər çox zaman “region daxili problem” kimi qiymətləndirilir. Əslində isə bu, təkcə Azərbaycanın problemi deyil, bəşəriyyətin sınağıdır.

Azərbaycan bu məsələni gündəmdə saxlayır. Məhkəmə işləri aparılır, beynəlxalq təşkilatlara hesabatlar təqdim olunur. Amma beynəlxalq ədalət sistemi əgər doğrudan da varsa, bu cinayətlərə reaksiya verməlidir.

İfadə verən şəxslər təkcə öz adına yox, həqiqət və hüquq adına danışırlar. Onların qəlbində iz buraxan işgəncələrə qarşı hüquqi cavab verilməsə, bu yalnız onların deyil, bütün bəşəriyyətin məğlubiyyəti olacaq.

Əsirlərin, qurbanların, şahidlərin səsi artıq azadlıqdadır. Onların sözləri bu dəfə zindanda yox, məhkəmə divarları arasında səslənir. Bəs bu divarlardan o tərəfə Haaqa, Brüssel, Nyu-York kimi mərkəzlərə çata bilirmi?

Əgər bu səslər yenə qulaq ardına vurularsa, bir gün ədalət sistemi özü cavab verməli olacaq: “Niyə susdun, dünya?”

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri