Icma.az
close
up
RU
“Onlar istəyir ki, yenidən kluba nəzarəti ələ keçirsinlər, alverlə məşğul olsunlar” Ədəhim Niftəliyev

“Onlar istəyir ki, yenidən kluba nəzarəti ələ keçirsinlər, alverlə məşğul olsunlar” Ədəhim Niftəliyev

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Birinci liqada autsayderlər sırasında olan “Mingəçevir” ətrafında fərqli söz-söhbət dolaşır.

Bəzi iddialara görə, klub özünə yeni sponsor tapıb. “Nur şəhəri” təmsilçisi ağ günə çıxmaq ərəfəsindədi. Hətta yeni sponsorun gəlişinin bəzi dəyişikliklərə zərurət yaratdığı da deyilir. Guya “Mingəçevir” Ədəhim Niftəliyevlə yolları ayırmaq niyyətindədi. Hətta onun əvəzinə yeni baş məşqçi axtarışına start verilib.
Bununla bağlı əvvəlcə “Mingəçevir”in idarə heyətinin sədri Nurlan Əhmədovla əlaqə saxladıq:

“Deyilən sözlərin heç bir əsası yoxdu. Əvvəla, sponsorla bağlı yenilik yoxdu. Sadəcə, kimsə bizim adımızdan “qara piar” aparır. Qaldı ki baş məşqçi məslələsinə, burda gizlətməli məqam yoxdu. Belə niyyət olarsa, qış fasiləsində yığışıb iclas keçirərək qərar verərik. Belə fikirlərin hardan yarandığını bilmirik. Ədəhim bəylə yola davam edirik. Onun göndərilməsi, yerinə namizədr axtarılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.


Ədəhim Niftəliyevin də mövqeyini öyrənməyi lazım bildik:

“Barəmdə olmayan xəbərlər yazırlar. Düzdü, özüm oxumamışam, amma məlumat veriblər. Heç mənim özümdən də soruşmurlar ki, belə məlumatlar var, sizin bundan xəbəriniz var, ya yox. Hansı ki, o xəbərləri yazdıranlar vaxtilə oyun alğı-satqısına görə tutulan, futboldan silinən adamlardı. Ona görə yazdırırlar ki, onların bazarını bağlamışam. Fikirləri “Mingəçevir”i pis vəziyyətə salımaqdı. Onlar istəyir ki, yenidən kluba nəzarəti ələ keçirsinlər, alverlə məşğul olsunlar. Buna görə mənə qarşı çirkin kampaniya aparırlar ki, bezim gedim, bunlar iş başına keçsin. Amma nə qədər ki burdayam, buna imkan verməyəcəm. Hətta lazım gəlsə, pulsuz da işləyərəm, amma imkan vermərəm ki, Mingəçevir futbolunu yenidən alver meydanına çevirsinlər. Mən bu klubda oynamışam, bu şəhər doğma yurdumdu. Onlar bilmirlər ki, bu klub Mingəçevirinindi, şəxsi klub deyil. Bir ara xəbər buraxdılar ki, guya məni döyüblər. Hamısı tam yalan söhbətlər idi. Sonra guya bəzi futbolçuları komandadan qovmuşuq. Bu da yalan söhbətdi. Hətta bir ara dedilər ki, legioner almışıq, mən də menecerlərdən pul qazanmışam. Halbuki məndən soruşsaydılar, bilərdilər ki, bizim komanda legioner yoxdu. Yəni istefam barədə də qəsdən yalan şayiələr yayırlar ki, klubu buraxıb gedim. Rəhbərliklə danışığım var. Bir il əvvəl razılaşmışıq ki, yanvarda yeni sponsor gələcək. Komandanı ötən mövsüm 1-ci liqada saxladıq. İndi söz veriblər ki, nəticələrdən sonra mütləq kluba sponsor olacaq. İndi burda, belə şəraitdə işləmək hər məşqçinin hünəri deyil. Klubun maliyyə dayağı yoxdu. Oyunlara gedəndə avtobus tuta bilmirik, bəzən cibimin pulunu xərcləyirəm. Futbolçulardan biri başından zədə alırsa, yerinə oynatmağa futbolçu tapmırıq. Yəni düşünün, mən necə vəziyyətdə klubu ayaqda saxlamağa çalışıram. Guya başqa yerdə iş tapa bilmərəm?! Sadəcə, sifarişlə yazıb, məni burdan uzaqlaşdırmağa çalışırlar. İmkan vermirlər işimizi görək. Mənasız söhbətlər çıxarmağa ehtiyac yoxdu. Rəhbərlik də, mən də komandanın nəticələri üçün çalışırıq, burdayıq”.


RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri