Ferrum Capital əməkdaşından KOBUDLUQ: Sənə yalvarası deyiləm ki... ŞOK SƏSLƏR
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Müasir biznes mühitində peşəkarlıq və peşə etikası hər bir şirkətin nüfuzunu qorumaq üçün əsas göstəricilərdən sayılır.
Müştəri ilə münasibətdə hörmət, açıqlıq və səmimiyyət, eləcə də hər bir əməkdaşın davranış standartlarına riayət etməsi, həm şirkətin etibarını, həm də müştəri məmnuniyyətini təmin edir.
Lakin son günlər yayılan video və səs qeydləri göstərir ki, "Ferrum Capital"da bu prinsiplər kobud şəkildə pozulub.
Vətəndaş tərəfindən Bakıvaxtı.az-a daxil olan şikayətdə göstərilib ki, "Ferrum Capital" şirkətinin əməkdaşı özünü Şahin kimi təqdim edərək kredit üçün müraciət edən şəxslə açıq şəkildə kobud davranıb.
Məlumata görə, müştəri onlayn rəsmiləşdirmə imkanlarını soruşduqda, əməkdaş dəfələrlə “gələrsən, ofisdən edərik” deyərək rəsmiləşdirməni yalnız fiziki olaraq ofisdə mümkün olduğunu təkid edib.
Ən son mərhələdə isə o, sərt və təhqiramiz ifadələr işlədərək bildirib:
“Kredit istəyən sənsən, mən yox, mən sənə yalvarmalı deyiləm ki, gəl kredit götür, sən də mənə burada dastan yazırsan”.
Bu açıqlama müştərini hiddətləndirib və etirazına səbəb olub.
Məsələ ilə bağlı sübutları təsdiqləyən video və səs qeydlərini təqdim edirik.
Rəşid Muxtar
@bakivaxti.azMüasir biznes mühitində peşəkarlıq və peşə etikası hər bir şirkətin nüfuzunu qorumaq üçün əsas göstəricilərdən sayılır. Müştəri ilə münasibətdə hörmət, açıqlıq və səmimiyyət, eləcə də hər bir əməkdaşın davranış standartlarına riayət etməsi, həm şirkətin etibarını, həm də müştəri məmnuniyyətini təmin edir. Lakin son günlər yayılan video və səs qeydləri göstərir ki, “Ferrum Capital”da bu prinsiplər kobud şəkildə pozulub. Vətəndaş tərəfindən Bakıvaxtı.az-a daxil olan şikayətdə göstərilib ki, “Ferrum Capital” şirkətinin əməkdaşı özünü Şahin kimi təqdim edərək kredit üçün müraciət edən şəxslə açıq şəkildə kobud davranıb. Məlumata görə, müştəri onlayn rəsmiləşdirmə imkanlarını soruşduqda, əməkdaş dəfələrlə “gələrsən, ofisdən edərik” deyərək rəsmiləşdirməni yalnız fiziki olaraq ofisdə mümkün olduğunu təkid edib. Ən son mərhələdə isə o, sərt və təhqiramiz ifadələr işlədərək bildirib: “Kredit istəyən sənsən, mən yox, mən sənə yalvarmalı deyiləm ki, gəl kredit götür, sən də mənə burada dastan yazırsan”. Bu açıqlama müştərini hiddətləndirib və etirazına səbəb olub. Məsələ ilə bağlı sübutları təsdiqləyən video və səs qeydlərini təqdim edirik. Rəşid Muxtar
♬ original sound - Bakı Vaxtı Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 22 Yanvar 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















