Onlar qərar verib: Putinin işini görürlər Metyu Brayza
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Gürcü Arzusu Partiyası öz seçimini edib. O, Vladimir Putinin işini görür”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Onlar bu işlə Anakliya limanı bağlanan andan məşğuldurlar. Gürcü Arzusu çalışır ki, Gürcüstanın Avropa Birliyi ilə birləşməsi vektorunu dağıtsın. Bu, Gürcüstan hökuməti tərəfindən o qədər böyük və provokativ addımdır ki, məncə, onları sanksiyalar narahat etmir. Lakin siyasi və simvolik baxımdan onlara vacibdir ki, ABŞ yanlarında olsun”, – Brazya bildirib.
Onun sözlərinə görə, Avropa Birliyinin Gürcüstana sanksiyalarının böyük effekti olacaq:
“ABŞ sanksiyalarının hansısa siyasi effekti olmayacaq. Əsas effekt təbii ki, AB-nin Gürcüstana yanaşmasında olacaq. Onlar istəyirlər ki, Avropanın tərkib hissəsi olsun. Avropalılar deyəcəklər ki, gürcülər, hökumətiniz sizi bizdən ayırır və onlar imkan vermirlər ki, biz sizinlə olaq. Bu bəyanatın təsiri ABŞ-ın deyib və edəcəklərindən daha çox olacaq”.
Baxış sayı:82
Bu xəbər 15 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















