Icma.az
close
up
RU
“Torino” beş qolun vurulduğu oyunda “Monza”ya qalib gəldi

“Torino” beş qolun vurulduğu oyunda “Monza”ya qalib gəldi

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İtaliya A Seriyasının səkkizinci turunda “Torino” doğma meydanda “Monza”nı 3:2 hesabı ilə məğlub edib. Turin təmsilçisi bununla da çempionatda ardıcıl ikinci qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Monza”nın baş məşqçisi İvan Yuriçin keçmiş komandasının stadionuna qayıdışı ilə də diqqət çəkib.

Matçın ilk hissəsində hər iki komanda qol imkanları yaradıb. Qonaqların heyətində Dani Mota künc zərbəsindən sonra başla qeyri-dəqiq oynayıb. Meydan sahiblərindən Ardian İsmayli və Rolando Mandraqora da fərqlənməyə yaxın olublar.

Hesab 39-cu dəqiqədə açılıb. Covanni Simeonenin ötürməsini qəbul edən Kian Fits-Cim cərimə meydançasına daxil olaraq topu qapının yuxarı hissəsinə göndərib.

İkinci hissəyə fəal başlayan “Monza” 47-ci dəqiqədə bərabərlik qolunu vurub. Müdafiədəki səhvdən yararlanan Qustavo Varela dəqiq zərbə ilə hesabı 1:1 edib.

Bundan sonra “Torino” təşəbbüsü ələ alıb. Qonaqların qapıçısı Noel Törnkvist Rafik Belqali, Simeone və Pyetro Komutsonun təhlükəli zərbələrinin qarşısını alsa da, 61-ci dəqiqədə komandasını qoldan xilas edə bilməyib. İki müdafiəçini keçən Belqali cərimə meydançasının kənarından baxımlı zərbə ilə topu qapının aşağı küncünə göndərib.

72-ci dəqiqədə Nikola Vlaşiç cərimə meydançasının kənarında sahibsiz qalan topu qüvvətli zərbə ilə tora göndərərək hesabı 3:1-ə çatdırıb.

Qarşılaşmanın sonlarında “Monza” fərqi azaltmağa çalışıb. Əlavə vaxtın dördüncü dəqiqəsində “Torino”nun şotlandiyalı müdafiəçisi Natan Patterson avtoqol müəllifi olub. Lakin qonaqların bərabərlik qolunu vurmağa vaxtı çatmayıb.

Beləliklə, “Torino” ardıcıl ikinci qələbəsini qazanaraq xal ehtiyatını 13-ə çatdırıb. “Monza” isə yeddi xalda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Oktyabr 2026 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri