Icma.az
close
up
RU
Onlar üçün oxumasanız yaxşıdır

Onlar üçün oxumasanız yaxşıdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ünlü sənətkarlarımız Vaqif Mustafayev və Ceyhun Mirzəyevin (Allah rəhmət eləsin) 1985-ci ildə lentə aldıqları “Bəyin oğurlanması” filmində maraqlı epizodlardan biri də kinoçəkənlərə etirazını bildirən kəndli ilə rejissor və onun köməkçisinin mükaliməsidir: “İstəməzsən ki, səni, ucqar dağ kəndinin sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar, alqışlasınlar? – Yox! – Düz deyirsən, elə səni görməsələr yaxşıdır”.

Yaxın günlərin söhbətidir. İrəvanda konsert festivalını təşkil edən “Coca-Cola Fest”in nümayəndələri məlumat yayıblar. Deyiblər ki, İran əsilli niderlandlı məşhur müğənni, Sevdaliza kimi tanınan Sevda Əlizadənin Ermənistanda gözlənilən konserti ləğv edilib. Yəni, avqustun 30-da İrəvan yaxınlığında keçirilən “Music Fest with Coca-Cola 2025” musiqi festivalının təşkilatçıları Sevdalizanı dəvətlilərin siyahısından çıxarıblar. Bunun səbəbinin açıqlanmadığı məlumatda təşkilatçılar Sevdalizanın konsertinə hazırlaşanları biletlərini geri qaytara biləcəklərini bildiriblər.

Bəs konsertin ləğvinin səbəbi nə imiş? Səbəb sosial şəbəkələrin erməni seqmentlərində Sevdalizanın İrəvanda konsert verəcəyi ilə bağlı xəbərlərin kəskin tənqid atəşinə tutulması olub. İddia olunur ki, müğənni yaradıcılığında antixristian, antierməni motivlərə yer verir. Əslində, təşkil edilmiş, bəhanə xarakteri daşıyan bu qəbildən olan etirazlara məşhur bloqerlər də qoşulanda vəziyyət başqa şəkil almış və təşkilatçılar “bu çox ciddi səbəblər ucbatından” Sevdalizanın konsertini ləğv etmək məcburiyyətində qalıblar.

İndi Avropada Sevdaliza kimi məşhurlaşan Azərbaycan əsilli niderlandlı müğənni, bəstəkar və prodüser Sevda Əlizadə 1987-ci il sentyabrın 1-də Tehranda anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. O, əslən Güney azərbaycanlıdır və bunu özü müsahibələrinin birində açıqlayıb. (Konsertin ləğv edilməsində bu amilin rol oynadığı istisna edilmir). Hətta ötən illərdə müğənninin “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil etməsi məsələsi gündəmə gəlmişdi. Bundan ötrü Sevdanın mahnı yarışının təşkilatçılarına müraciət məktubu göndərdiyi də iddia edilirdi.

Gəlin, Sevda Əlizadəni yaxından tanıyaq. Əvvəlcə idmanla məşğul olub, Niderland gənclər yığmasında basketbol oynayıb. Amma sonra musiqi fəaliyyətinə üstünlük verib. Eksperimental elektro, alternativ R&B, trip-hop və avant-pop üslublarında mahnılar ifa etməyə başlayıb. Onun 2017-ci ildə çıxan “ISON” adlı debüt albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib və dünyanın musiqi arenasında tanınma nişanına çevrilib. Fəqət mahnılarındakı bədii obrazlarında tez-tez dini və mistik motivlərdən istifadə edən müğənni dəfələrlə mübahisə və diskussiya obyektinə düşüb. Hətta sosial şəbəkələrdəki sağçı bir qrup onu xristian dəyərlərinə hörmətsizlikdə ittiham edib.

Tanımayanlar üçün Sevdalizanın musiqi obrazı maraqlı olar. Günəş yaxınlığındakı kometin şərəfinə “ISON” adlandırdığı albomunu 2017-ci ilin aprelində buraxıb. Öz fantaziyalarında itmiş və artıq ətrafındakı dünya ilə maraqlanmayan Amandine Sevdalizanın fərqli eqosudur. Bu barədə albomun prodüsseri danışır: “Amandine”nin hekayəsi daim yoxa çıxan “sərhədlər” səbəbindən müasir dünyada sürətlə dəyişən “kimlik” anlayışını araşdırır. Amandine adi bir həyatın ifrat ekstraktıdır. O, bütün hisslərin universallaşmadan yoxa çıxdığı bir dünyanı təmsil edir. Paradoksal olaraq, bu, sizin gündəlik həyatınızın bütün çalarlarını təmsil edən minimal obyektlərlə doludur. İnformasiyanın əlçatanlığı universal bir dil yaradır və “ticarət nişanları” bunda mühüm rol oynayır”.

Qayıdaq Sevdalizanı “boykot” edən hayların üzərinə. Onlar mətbəximizi, musiqimizi öz adlarına çıxmağı yaxşı bacarırlar. Buna görə Sevda xanıma demək istəyirik ki, heç ürəyinizi sıxmayın. Onsuz da sizi dünyanın dörd tərəfində dinləmək istəyənlər kifayət qədərdir. İrəvan konsertindən əldə edəcəyiniz pulun da on qatını Avropa turnesində qazanacaqsınız. İtirən isə musiqini siyasətin ayağına verən, türkofob, azərbaycanofob düşüncədən qurtulmağı bacarmayan, rep-caz sintezinin möhtəşəm kompozisiyasını dinləməkdən məhrum olan dığalar oldu. Əslində, lap əvvəldən sizin İrəvana səfəriniz yanlış qərar olub.

İndi “Bəyin oğurlanması” filmindəki həmin epizodda “pomrej”in sözü olmasın, etnik natamamlıq kompleksindən hələ də əziyyət çəkən ermənilər üçün elə oxumasanız yaxşıdır. Onsuz da rep-cazı başa düşməyəcəkdilər. Musiqini anlamayanların qarşısında çıxış etməyin nə mənası var?

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri