Icma.az
close
up
RU
Onlara AZCON da yüksək vəzifə VERİLDİ

Onlara AZCON da yüksək vəzifə VERİLDİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) hüquq, insan kapitalının idarəolunması və daxili audit departamentlərinin rəhbəri vəzifələrinə təyinatlar olub.

Modern.az xəbər verir ki, bu barədə APA-ya AZCON-dan bildirilib.

Belə ki, Toğrul Nurəddin oğlu Quluzadə AZCON-da baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru vəzifəsinə təyin edilib.

T.Quluzadə 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ üzrə, daha sonra isə Belçikanın Gent Universitetində Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura təhsili alıb. O, hazırda Niderlandın Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya hüququ və Arbitraj hüququ sahələri üzrə, hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir.

T.Quluzadə həm yerli, həm də beynəlxalq şirkətlərdə, o cümlədən BHM Hüquq Şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (Formula-1 Azərbaycan) hüquq meneceri, "Aqrar Təchizat və Tədarük” ASC və "Azərbaycan Sənaye Korporasiyası” ASC-də Hüquq departamentinin direktoru vəzifəsində işləyib. Hazırda o London Beynəlxalq Arbitraj Məhkəməsi və Vyana Beynəlxalq Arbitraj Mərkəzində arbitr hakimi və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. T.Quluzadə, həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında tədqiqatçı kimi fəaliyyət göstərib. O həm də ADA Universitetinin müəllimidir.

Holdinqin Baş insan resursları inzibatçısı – İnsan kapitalının idarəolunması departamentinin direktoru vəzifəsi Elnur Eldar oğlu Hüseynova həvalə olunub.

E.Hüseynov 1987-ci ildə anadan olub. Böyük Britaniyanın Uels Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr, Heriot-Vatt Universitetinin Edinburq Biznes Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistratura təhsili alıb. O, əmək fəaliyyətinə "Azərsun Holding” MMC-də başlayıb. 2011-ci ildən etibarən SOCAR-da müxtəlif vəzifələrdə çalışıb, 2023-cü ildən etibarən həmin qurumun İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəhbəri olub. Corc Vaşinqton Universiteti və Dyuk Universitetində beynəlxalq ixtisasartırma proqramlarında iştirak edib.

Rəşadət Afiq oğlu Məmmədov isə baş audit inzibatçısı – Daxili audit departamentinin direktoru vəzifəsinə təyin edilib.

R.Məmmədov 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili üzrə bakalavr, Amerika Birləşmiş Ştatlarının Troy Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. 2013-2019-cu illərdə "Deloitte & Touche”, "PwC” kimi şirkətlərdə auditor, baş auditor və audit üzrə menecer vəzifələrində çalışıb. 2019-2022-ci illərdə "Lu-Mun Holding” və "AZMADE Group”da Daxili audit departamentinin direktoru və Audit komitəsinin sədri vəzifələrində işləyib. O, həmçinin Azərbaycan İnvestisiya Holdinqində Daxili audit departamentinə rəhbərlik edib. O, eyni zamanda müxtəlif dövlət müəssisələrinin Audit komitələrinin sədri və üzvü olub. 2018-ci ildən etibarən Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 May 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri