Onlara gündəlik 100 manat xidmət haqqı veriləcək
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, ölkə ərazisində keçirilən respublika səviyyəli idman tədbirlərində baş hakimin gündəlik xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin gündəlik xidmət haqqı isə 25 manat təşkil edir.
Xidmət haqqı hakimlərə vəzifələrini yerinə yetirdikləri günlər üçün digər maddi təminat növlərindən asılı olmayaraq ödənilir.
Tədbirin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun yemək xərci də ödənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















