Icma.az
close
up
RU
Onlara hər cür iqtisadi, maliyyə dəstəyi verirlər

Onlara hər cür iqtisadi, maliyyə dəstəyi verirlər

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Gürcüstan cəmiyyəti və siyasi qüvvələr demək olar ki, qəti şəkildə parçalanıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu gün meydanlarda üz-üzə dayanan etirazçılar və hakimiyyət qüvvələrinin hər ikisinin seçimləri aydın və qətidir: "Meydandakılar Gürcüstanın Avropa ilə inteqrasiyasını müdafiə etməkdə qərarlıdırlar. Gürcüstan hakimiyyəti isə daha çox fərqli mülahizələrlə hərəkət edir.

Meydan hərəkatının arxasında, təbii ki, Gürcüstan cəmiyyətində idarə olunan qüvvələr dayanır. Qərbin, Avropanın çoxdandır ki, bu ölkəyə mühüm təsir çarxları var. Demək olar ki, 1989-cu ildən indiyədək bu ölkədə Qərbin müxtəlif layihələr çərçivəsində idarə etdiyi ictimai-siyasi qüvvələr formalaşıb. Siyasi partiyalar yaranıb. Qeyri-hökumət təşkilatlarının sonsuz sayda böyük şəbəkəsi formalaşıb. Vətəndaş cəmiyyətinin fəalları və hüquq müdafiəçiləri bu şəbəkənin içərisindədirlər. Onlar müxtəlif vasitələrlə Qərb dairələrindən hərtərəfli dəstək alırlar. Məqsədləri də Gürcüstanı Avropa Birliyinə, Avropa strukturlarına inteqrasiya etdirmək, onun Kremlinlə əlaqələrini demək olar ki, kəsməkdən ibarətdir. Gürcüstan cəmiyyətinin aydın prinsiplərindən və qətiyyətli şəkildə parçalanması bu ölkədəki proseslərin gərginliyini təmin edən əsas faktordur. Görünür ki, nə meydandakı qüvvələr, nə də hakimiyyət qüvvələri öz prinsiplərindən çəkinmək niyyətində deyillər. Əslində meydanlardakı qüvvələri idarə edən xarici mərkəzlər də öz niyyətlərindən əl çəkmək fikrində deyillər. Çünki Gürcüstanda bu gün meydanda gedən proseslər Qərbin və Rusiyanın geosiyasi maraqlar uğrunda gedən mübarizəsinin ən kəskin formada təzahürüdür. Belə mübarizələr bir qayda olaraq böyük qarşıdurmalarla müşahidə olunur. Çox böyük ehtimalla Gürcüstanda da hadisələrin hələ bundan da gərgin olacağı gözlənilir".

"İstisna etmək olmaz ki, bu, hətta açıq küçə döyüşləri şəklində ola bilər, silahlı döyüşlər də gedə bilər. Əgər Gürcüstan hakimiyyəti daha kəskin addımlar atmasa, fikrimcə, Gürcüstandakı meydan hərəkatının asanlıqla sönəcəyi gözlənilmir. Çünki bunun arxasında Qərbin müəyyən geosiyasi mərkəzləri dayanır. Onlara hər cür iqtisadi, maliyyə dəstəyi verirlər. Hətta yeri gələndə ona hərbi dəstək verərək Gürcüstanın ikinci Ukrayna kimi cəbhə olaraq açılmasını da istisna etmirlər" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri