Icma.az
close
up
RU
Qida əlavəsi dərmandır?

Qida əlavəsi dərmandır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 375 nömrəli Qərarı ilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə bəzi dəyişikliklər edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərin arasında diqqətçəkən məqamlardan biri bioloji aktiv qida məhsullarının (BAQM) dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Nazirlik) tərəfindən aparılan ekspertiza rəyləri üçün sorğuların əvvəlki dövrlərdə olduğu kimi sahibkarlar tərəfindən deyil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) tərəfindən həmin dövlət orqanına göndərilməsi ilə bağlıdır. 

Belə ki, BAQM-in dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün agentlik tərəfindən müvafiq sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində Nazirliyə ötürüləcək, Nazirliyin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi, habelə nümunələrin təqdim edilməsi barədə Agentliyə məlumat verildikdən sonra məhsula dair ekspertiza 15 iş günü müddətində həyata keçiriləcək və ekspertiza rəyi Nazirlik tərəfindən EHİS vasitəsilə Agentliyə ötürüləcək. 

Qeyd edirik ki, bu dəyişiklik “bir pəncərə” prinsipinə uyğun olaraq, sahibkarların bir məhsulun qeydiyyatı ilə əlaqədar bir neçə dövlət orqanı ilə bilavasitə əlaqə saxlaması zərurətinin tədricən aradan qalxmasına gətirib çıxaracaq.

Digər dəyişikliklər, əsasən, qeydiyyat proseduru ilə bağlı icra müddətlərinin konkretləşdirilməsi, tələb olunan məlumat və sənədlərin dəqiqləşdirilməsi və sair ilə bağlıdır.  Qərarla əlaqədar vacib məqamlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılaraq, “Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi Qaydası” adlandırılması və yeni redaksiyada təsdiq edilməsidir.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri