Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə özəl sektorun istehsala daha yaxından cəlb edilməsi əsas hədəflərdən biri kimi qeyd edildi. Proqrama əsasən, özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də həyata keçiriləcək".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, hazırda mədənçıxarma sənayesndə 427 müəssisə fəaliyyət göstərir:
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir. Dövlətin bu sektorda cəmi 21 müəssisəsi fəaliyyət göstərir. Son 5 ildə bu sahədə fəaliyyət göstərən özəl müəssisələrin sayı 30 faiz artıb. Özəl şirkətlərin sayının artması sahibkarların bu sektora marağının yüksəlməsi ilə bağlıdır".
V.Bayramovun sözlərinə görə proqramın icrası nəticəsində dağ-mədən və metallurgiya sahəsinə daha çox özəl şirkətlərin cəlb olunacağı və istehsalın artacağı gözlənilir:
"Eyni zamanda, Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır.
Göründüyü kimi, yeni Dövlət Proqramının icrası iş adamları üçün yeni imkanlar demək olacaq. Bu isə özəl sektor vasitəsi ilə daha çox iş yerlərinin yaradılması anlamına gəlir".
Vasif ƏLİHÜSEYN
Baxış sayı:111
Bu xəbər 25 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















