Icma.az
close
up
RU
Onları CHP dən qovmasam, namərdəm Kılıçdaroğlu

Onları CHP dən qovmasam, namərdəm Kılıçdaroğlu

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Məhkəmənin qərarı ilə yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlu bəzi şəxslərin partiya sıralarından uzaqlaşdırılacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, çıxışında Özgür Özəlin CHP-nin son qurultayında rüşvətlə seçildiyinə də eyham vurub.

“Təmizlənəcəyik, bütün çirkablardan təmizlənəcəyik. Təmiz siyasət aparacağıq. Çirkli işlərlə məşğul olanların hamısının fəaliyyətinə son qoyacağıq. Bu partiya dövlətə istiqamət verən partiyadır. Dövlət quran, dövlət inşa edən partiyadır. Əxlaqı ən dərin qatlarınadək qoruyan, zəhmətkeş partiyadır. Birlikdə fədakarlıqla çalışacağıq. İradəsini pulla alıb-satanlardan bu partiyanı xilas etməsəm, namərdəm”, - Kılıçdaroğlu bildirib.

CHP sədri yeni qurultayın anonsunu verib: “Əxlaqlı və ərdəmli qurultayı mütləq keçirəcəyik. Heç kim qapalı qapılar arxasında şəxsi hesablar aparmayacaq”.

Həmçinin Özgür Özəli hədəfə alan Kamal Kılıçdaroğlu əlavə edib: “CHP tarixinin heç bir dövründə gecə klublarında qurultay sövdələşmələri aparılmayıb. Bunu dediyim üçün məni tənqid edirlər. Əxlaqlı, fəzilətli və təmiz olmaq lazımdır. Bunlar CHP-nin fitrətində var. Ədalətin olmadığı yerdə, sevginin olmadığı yerdə nizam olmaz. “Mən sənə pul verim, sən də mənə səs ver” - partiya belə bir şeyi qəbul edə bilməz. İradəsini pulla satanlara bu partiyada yer yoxdur. Onlar bu partiyada olmayacaqlar”.

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən vəzifəyə qaytarılıb.

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv edən məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan səsvermə partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən nəticələr mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyun 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri