“Onları Ermənistanda inqilaba çağırıram” Nikol Paşinyan
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab saatı zamanı müxalifət liderlərinə qarşı olduqca sərt və kəskin bəyanatlar səsləndirib.
“Qafqazinfo” “Armenia Today”ə istinadla xəbər verir ki, Baş nazir ölkənin keçmiş prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanı hədəf alıb.
Müxalifət liderlərini hədəfə alan hökumət başçısı “onlar öz yuvalarında məhv edilməlidirlər” deyərək geri addım atmayacağını vurğulayıb:
“Sevgili vətəndaşlar, biz hədəfli şəkildə bu yolla gedəcəyik”.
Paşinyan həmçinin parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı ittihamlara da kəskin cavab verib. Seçkilərdə saxtakarlıq olduğunu iddia edənlərin “qələt etdiyini” bildirən Baş nazir, səsinin oğurlandığını düşünən hər kəsi meydana çağırıb:
“Səsinin saxtalaşdırıldığını iddia edən, bu siyasi xətt ilə razılaşmayan vətəndaşları meydanlara çıxmağa, Ermənistanda inqilab edərək hökuməti dəyişməyə çağırıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 17 İyun 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















