Icma.az
close
up
RU
Onların konsertində hər şey olur Evlilik təklifi, xəyanət, milyardlar…

Onların konsertində hər şey olur Evlilik təklifi, xəyanət, milyardlar…

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun xəyanəti üzə çıxandan sonra qrupun adı daha çox hallanmağa başlayıb. Hər səhnə şousu bir musiqi bayramı kimi qarşılanan “Coldplay”in budəfəki konserti də həm qalmaqal, həm də anşlaqla yadda qalıb.

Tribunainfo.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, “Coldplay” haqda maraqlı məlumatları təqdim edir:

Məşhur qrup dörd üzvdən ibarətdir. Onlar Kris Martin, Coni Baklend, Qay Berrimen və Uill Çempiondur. Qrup üzvləri 1990-cı illərdə London Universitet Kollecinin yataqxanasında tanış olublar.

Kris və Baklend 1997-ci ilin əvvəlində birlikdə ilk mahnılarını yazmağa başlayıblar. Qay Berriman növbəti aylarda qrupa qoşulan üçüncü üzv olub və özlərini “Big Fat Noises” adlandırıblar. 1998-ci ilin yanvarında Uill heyəti tamamlayıb.

Qrup rəhbəri Qay Berriman, gitaraçı Baklend, zərb aləti ifaçısı Uill və aparıcı müğənni Martindir.

Onlar özlərinə əvvəlcə “Starfish”, daha sonra rəsmi olaraq “Coldplay” adını götürüblər. 2000-ci ilin martında “Coldplay” “Parachutes” adlı ilk studiya albomunu buraxıb. “Parachutes” “Yaxşı Alternativ Musiqi Albomu” nominasiyası üzrə “Qremmi” mükafatını qazanıb.

Alboma daxil olan “Shiver” sinqlı Böyük Britaniyanın musiqi siyahılarında 35-ci pilləyə çatıb, lakin “Coldplay”ı ulduzluğa çatdıran, karyeralarının zirvəsi isə 2000-ci ilin iyun ayında buraxılan “Yellow” mahnısı olub.

Həmçinin “Coldplay” ən çox qazanan qrup kimi də tanınır. Belə ki, onlar təkcə sonuncu “Music of the Spheres World Tour” turnelərindən 1 milyarddan çox gəlir əldə ediblər. Sözügedən məbləğ musiqiçiləri bu uğura çatdıran ilk qrup edib. Həmin qazanc onların ümumi 510 milyon dollarlıq büdcəsinə də ciddi təsir edib.

“Coldplay” stadionları tam doldura bilən nadir qruplardandır. Bu şoular adətən dünyəvi mesajlarla – birlik, ümid aşılayan şüarlarla müşayiət olunur. Onların turnesi hələ də dünyanın müxtəlif yerlərində davam etdirilir. Minlərlə insan bu tədbirlərə düşə bilmək üçün aylarla çalışır, bu məqsədlə bir ölkədən digərinə uçur…

İndiki xəyanət kadrları insanlarda qıcıq yaratsa da, əfsanəvi qrupun konsertlərində dəfələrlə sevgi etirafları da edilib, evlilik təklifləri olunub. Üstəlik, K.Martin həmin cütlüklərə həmişə səhnədən dəstək verir. 

“Coldplay”, həmçinin “Spotify” tarixində aylıq 90 milyon dinləyiciyə çatan birinci qrupdur. 2023-cü ildə qrup ilk dəfə “Time 100 Climate” reytinqində yer alıb. “Coldplay” ulduz müğənni Selena Qomez ilə 2022-ci ilin fevral ayının əvvəlində “Letting Somebody Go” trikini təqdim edib.

Qrupun 2024-cü ildə təqdim etdiyi “Moon Music” albomu da səs-küyə səbəb olub. Belə ki, albom 16 ölkədə birinci pilləyə yüksəlib. Albom həmçinin Birləşmiş Ştatlarda “Billboard 200”də birinci yeri tutub.

“Coldplay” 1 ay ərzində “Narendra Modi” Stadionunda iki şou təşkil edərək, hər gecə 111.000-dən çox insanın iştirak etdiyi 21-ci əsrin ən böyük stadionuna tamaşaçı toplaya bilib.

Elə məhz qrupun Bostonda anşlaqla keçən konserti də Endi Bayron və HR rəhbəri Kristin Kabotun münasibət iddiaları ilə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri də “Coldplay” konsertində ilk dəfədir belə hadisə ilə qarşılaşdıqlarını və gülüşə səbəb olan “Coldplay” illərdir bir çıxış etməyib”, “Təsəvvür edin ki, “Coldplay” tərəfindən ifşa olusunuz” deyə şərhlər bildiriblər.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri