Icma.az
close
up
RU
Onların konsertində hər şey olur Evlilik təklifi, xəyanət, milyardlar...

Onların konsertində hər şey olur Evlilik təklifi, xəyanət, milyardlar...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayronun xəyanəti üzə çıxandan sonra qrupun adı daha çox hallanmağa başlayıb. Hər səhnə şousu bir musiqi bayramı kimi qarşılanan “Coldplay”in budəfəki konserti də həm qalmaqal, həm də anşlaqla yadda qalıb.

“Qafqazinfo” bu məqamda “Coldplay” haqda maraqlı məlumatları təqdim edir:

Məşhur qrup dörd üzvdən ibarətdir. Onlar Kris Martin, Coni Baklend, Qay Berrimen və Uill Çempiondur. Qrup üzvləri 1990-cı illərdə London Universitet Kollecinin yataqxanasında tanış olublar.

Kris və Baklend 1997-ci ilin əvvəlində birlikdə ilk mahnılarını yazmağa başlayıblar. Qay Berriman növbəti aylarda qrupa qoşulan üçüncü üzv olub və özlərini “Big Fat Noises” adlandırıblar. 1998-ci ilin yanvarında Uill heyəti tamamlayıb.

Qrup rəhbəri Qay Berriman, gitaraçı Baklend, nağara ifaçısı Uill və aparıcı müğənni Martindəndir.

Onlar özlərinə əvvəlcə “Starfish”, daha sonra rəsmi olaraq “Coldplay” adını götürüblər. 2000-ci ilin martında “Coldplay” “Parachutes” adlı ilk studiya albomunu buraxıb. “Parachutes” “Yaxşı Alternativ Musiqi Albomu” nominasiyası üzrə “Qremmi” mükafatını qazanıb. 

Alboma daxil olan “Shiver” sinqlı Böyük Britaniyanın musiqi siyahılarında 35-ci pilləyə çatıb, lakin “Coldplay”ı ulduzluğa çatdıran, karyeralarının zirvəsi isə 2000-ci ilin iyun ayında buraxılan “Yellow” mahnısı olub.

Həmçinin “Coldplay” ən çox qazanan qrup kimi də tanınır. Belə ki, onlar təkcə sonuncu “Music of the Spheres World Tour” turnelərindən 1 milyarddan çox gəlir əldə ediblər. Sözügedən məbləğ musiqiçiləri bu uğura çatdıran ilk qrup edib. Həmin qazanc onların ümumi 510 milyon dollarlıq büdcəsinə də ciddi təsir edib.

“Coldplay” stadionları tam doldura bilən nadir qruplardandır. Bu şoular adətən dünyəvi mesajlarla - birlik, ümid aşılayan şüarlarla müşayiət olunur. Onların turnesi hələ də dünyanın müxtəlif yerlərində davam etdirilir. Minlərlə insan bu tədbirlərə düşə bilmək üçün aylarla çalışır, bu məqsədlə bir ölkədən digərinə uçur...

İndiki xəyanət kadrları insanlarda qıcıq yaratsa da, əfsanəvi qrupun konsertlərində dəfələrlə sevgi etirafları da edilib, evlilik təklifləri olunub. Üstəlik, K.Martin həmin cütlüklərə həmişə səhnədən dəstək verir. 

“Coldplay”, həmçinin “Spotify” tarixində aylıq 90 milyon dinləyiciyə çatan birinci qrupdur. 2023-cü ildə qrup ilk dəfə “Time 100 Climate” reytinqində yer alıb. “Coldplay” ulduz müğənni Selena Qomez ilə 2022-ci ilin fevral ayının əvvəlində “Letting Somebody Go” trikini təqdim edib.

Qrupun 2024-cü ildə təqdim etdiyi “Moon Music” albomu da səs-küyə səbəb olub. Belə ki, albom 16 ölkədə birinci pilləyə yüksəlib. Albom həmçinin Birləşmiş Ştatlarda “Billboard 200”də birinci yeri tutub.

“Coldplay” 1 ay ərzində “Narendra Modi” Stadionunda iki şou təşkil edərək, hər gecə 111.000-dən çox insanın iştirak etdiyi 21-ci əsrin ən böyük stadionuna tamaşaçı toplaya bilib.

Elə məhz qrupun Bostonda anşlaqla keçən konserti də Endi Bayron və HR rəhbəri Kristin Kabotun münasibət iddiaları ilə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri də “Coldplay” konsertində ilk dəfədir belə hadisə ilə qarşılaşdıqlarını və gülüşə səbəb olan “Coldplay” illərdir bir çıxış etməyib”, “Təsəvvür edin ki, “Coldplay” tərəfindən ifşa olusunuz” deyə şərhlər bildiriblər.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri