Icma.az
close
up
RU
“Onların nə sənəti, nə özü bir qəpiyə dəymir!” Gülüstan Əliyevadan sərt mesaj

“Onların nə sənəti, nə özü bir qəpiyə dəymir!” Gülüstan Əliyevadan sərt mesaj

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə şou-biznes aləmində diqqət mərkəzində olan mövzular dəyişib. Artıq sənətkarların mahnılarından çox, onların dəbdəbəli bağ evləri, bahalı avtomobilləri və yaşam tərzi müzakirə olunur. Sosial şəbəkələrdə trend olan paylaşımlar və xəbər saytlarında ən çox oxunan yazılar da bu tendensiyanı təsdiqləyir.

Bəs tamaşaçılar niyə sənətdən çox məşhurların var-dövləti ilə maraqlanır?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülüstan Əliyeva bildirib ki, bunun əsas səbəbi cəmiyyətin sənətə deyil, daha çox məişət mövzularına maraq göstərməsidir: Pepperoni pizza

“İnsanlar bu gün daha çox məişətə yönəlib. Sənətlə maraqlananlar isə ziyalı təbəqəsidir. Onlar bu gün də sırf musiqiyə və sənətə diqqət yetirirlər. Kütlə isə kimin neçə evi, maşını, arvadı olması ilə maraqlanır”.

Əməkdar artist sənətçi Brilliant Dadaşovanın yaxın günlərdə verdiyi açıqlamaya da toxunub:

“Brilliant xanım çox maraqlı fikir səsləndirdi. Dedi ki, pul nə vaxt ziyalı kütlənin əlində olsa, biz onda zövqlü musiqidən və sənətdən danışa bilərik. Əgər pul savadsız insanlarda olacaqsa, musiqi zövqü də onların istəklərinə uyğun formalaşacaq”.

Gülüstan Əliyeva hesab edir ki, bu vəziyyətin dəyişməsi çətindir:

“Nə qədər ki, bu sistem dəyişməyəcək, hər şey belə də davam edəcək. Bu gün insanların gündəmində olan məsələlər – kimin neçə hektar torpağı, neçə evi var – bunlar cəmiyyətin mədəni səviyyəsini göstərir. Gündəlik müzakirələr məişət və mədə səviyyəsindədir. Düşünürük ki, keçici olacaq, amma keçmir. Çünki bu paylaşımlar ucuz insanların reklamıdır. Onların nə sənəti, nə özü bir qəpiyə dəymir. Sadəcə reklamla gündəmdə qalırlar”.

Əməkdar artist həmçinin əlavə edib ki, belə hallara reaksiya verməmək lazımdır:

“Əsl tamaşaçı kimə baxacağını, kimin sənətkar olduğunu yaxşı bilir. Elə şəxslərə cavab verəndə özlərini önəmli hesab edirlər. Ona görə də onları görməmək, diqqətə almamaq lazımdır ki, zamanla unudulsunlar”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri